Bu kitabı bizim mağazadan 0.5 AZN endirimlə alacaqsınız.
Əgər siz tələbəsinizsə bu kitabı 0.7 AZN endirimlə ala bilərsiniz.
Yazar: Dalay LamaQapalı ürəkdə mərhəmət duyğusunun doğulması müşkül bir məsələdir. Bəs qapalı ürəyin açılması üçün nə lazımdır? «Açıq ürək» bütün digər məsələlərlə münasibət göstərməklə yanaşı bu suala da cavab verir.
Dalay Lamanın şəxsiyyəti, onun uğrunda mübarizə apardığı ideallarla tam bir mütənasiblik təşkil edir. O, bütöv dünyanın canlı varlıqlarını əzabdan, məşəqqətdən qurtarmaq üçün öz həyatını qurban verməyə hazır olan bir inancın başında dayanan müqəddəs insandır. Onun müqəddəsliyi hər hansı qeyri-adi bir möcüzəyə dayanmır – Dalay Lamanın möcüzəsi, onun mərhəmət duyğusunun ən yüksək zirvəsini fəth etməsindədir.
Bu kitab nə qədər kobud səslənsə də, insanlara mərhəmətli olmağın üsullarını, texnikasını öyrədir. Sadə örnəklərlə buna necə nail olmağın yolları Dalay Lamanın öz dilindən qələmə alınmışdır. Bu müqəddəs adam bizə bunları söyləyir: «Ürəyinizi açın ki, başqaları da sizə öz ürəyini açıq saxlaya bilsin. Yalnız bu zaman mərhəmət duyğusu yarana bilər və biz bütün canlı varlıqlara qarşı ədalətli mövqe sərgiləyə bilərik».
Poçtla göndərilmə: Məhsulun saytdakı qiyməti + Poçt haqqı
Poçt haqqı: 1 kitab 2 azn, Əlavə hər kitab üçün 0.5 azn
Endirimlə kitabları necə əldə edə bilərəm?
- Endirimlə kitabları sadəcə mağazadan gəlib ala bilərsiniz, çatdırılmalara endirimlər şamil olunmur.
- Orijinal məhsul.
- Poçt sifarişləri 2-4 gün ərzində əldə edə bilərsiniz.
- Metroya olan sifarişlər: məsafədən asılı olaraq 5-30 dəqiqəyə çatdırılır.
- Ünvanlara: Sifariş edilən gün ərzində əldə etmək mümkündür.