Bu kitabı bizim mağazadan 1.09 AZN endirimlə alacaqsınız.
Əgər siz tələbəsinizsə bu kitabı 1.6 AZN endirimlə ala bilərsiniz.
Yazar: John GreenAmerikan yazıçısı Con Qrin uşaq və yeniyetmələrin həyatından bəhs edən gözəl romanlar müəllifidir. O, müxtəlif nəşrlər üçün resenziyalar yazır, jurnallarda, radioda əməkdaşlıq edir. Yazıçının 2008-ci ildə bestseller siyahısında ilk yerlərdən birini tutan “Kağız şəhərlər” romanı Azərbaycan dilinə də tərcümə olunub, bizim oxuculara yaxşı tanışdır. “Alaskanın axtarışında” yazıçının ilk romanıdır. Əsərin qəhrəmanı məşhur insanların ölümqabağı dediyi son sözlərini əzbərləməyi sevən on dörd-on beş yaşlı Maylz Halterdir. O, yeknəsəq həyatdan bezib. Öyrənir ki, məşhur fransız yazıçısı Fransua Rablenin son sözləri “Böyük bəlkə”ni axtarmağa gedirəm” olub, o da “Böyük bəlkə”ni axtarmaq üçün Kalver-Krik pansionunda oxumağa gedir. Orada Alaska, Takumi, Çip və Larayla tanış olur, dostlaşır. Hər şey normal gedərkən bir gün çox pis bir hadisə baş verir. Kitab iki hissədən ibarətdir. Həmin bu hadisədən əvvəl və sonra baş verənlər.
Poçtla göndərilmə: Məhsulun saytdakı qiyməti + Poçt haqqı
Poçt haqqı: 1 kitab 2 azn, Əlavə hər kitab üçün 0.5 azn
Endirimlə kitabları necə əldə edə bilərəm?
- Endirimlə kitabları sadəcə mağazadan gəlib ala bilərsiniz, çatdırılmalara endirimlər şamil olunmur.
- Orijinal məhsul.
- Poçt sifarişləri 2-4 gün ərzində əldə edə bilərsiniz.
- Metroya olan sifarişlər: məsafədən asılı olaraq 5-30 dəqiqəyə çatdırılır.
- Ünvanlara: Sifariş edilən gün ərzində əldə etmək mümkündür.