+994 70 200 71 33 novellakitabevi@gmail.com

Aljir


Bu kitabı bizim mağazadan 1.01 AZN endirimlə alacaqsınız.

Əgər siz tələbəsinizsə bu kitabı 1.51 AZN endirimlə ala bilərsiniz.

Yazar: Ülviyyə Tahir
Janr: Azərbaycan Ədəbiyyatı, Bədii ədəbiyyat, Dram, Tarixi Roman
Nəşr: Azərbaycanca
Nəşriyyat: Parlaq İmzalar
Səhifə sayı: 264
Cild tipi: Yumşaq
Arxa qiyməti: 10 AZN
Satış qiyməti: 8.99 AZN
Tələbələr üçün: 8.49 AZN

1937. ALJİR. Tarixin bu səhifəsinə ən güclü insani duyğular həkk olunub; doğmalarından zorla qoparılmağın dözülməz ağrısı, övladının, sevdiyi insanın aqibətinin məchulluğu… Bir günün içində əzizlərinə “xalq düşməni” damğası vurulmuş, hər şeyini itirərək qula çevrilmiş, təcavüzə uğrayan ziyalı qadınlar, analar… Qışda qarı, yayda qumu göyə sovuran səhra küləkləri, ucsuz-bucaqsız Qazaxıstan çölləri – Akmola düşərgəsi. Qəddar rejim kölələri və şəfqətli yerlilər. Ana qayğısından məhrum edilərək manqurtlaşdırılan körpələr…
Bütün bu dəhşətlər 1937-1938-ci illər ərzində Sovet ölkələrindən Qazaxıstanın Akmola düşərgəsinə toplanan 18.000-dən yuxarı qadının başına gətirilir. Bu qadınlardan 44 nəfəri azərbaycanlı idi; Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanım, Fətəli xan Xoyskinin qızı Tamara xanım, Quba Qızlar Seminariyasının rəhbəri Sənubər Eyyubova və onlarla digər ziyalı qadın.
Tariximizin ən qaranlıq səhifələrindən olan ALJİR hadisəsi və yaşanan o faciələr yazıçı və tarixçi Ülviyyə Tahirin qələmi ilə arxiv sənədlər əsasında işıqlandırılır. Bu tarixi romanı oxuduqca Sovet hakimiyyətinin millətimizin kökünə çaldığı baltanın izləri bütün çılpaqlığı ilə gözlər önündə canlanır.

Poçtla göndərilmə: Məhsulun saytdakı qiyməti + Poçt haqqı

Poçt haqqı: 1 kitab 2 azn, Əlavə hər kitab üçün 0.5 azn

Endirimlə kitabları necə əldə edə bilərəm?

- Endirimlə kitabları sadəcə mağazadan gəlib ala bilərsiniz, çatdırılmalara endirimlər şamil olunmur.

- Orijinal məhsul.

- Poçt sifarişləri 2-4 gün ərzində əldə edə bilərsiniz.

- Metroya olan sifarişlər: məsafədən asılı olaraq 5-30 dəqiqəyə çatdırılır.

- Ünvanlara: Sifariş edilən gün ərzində əldə etmək mümkündür.

Bu bölmə hazırlanma mərhələsindədir...
Bu sayt "Jest Group" tərəfindən hazırlanmışdır.