+994 70 200 71 33 novellakitabevi@gmail.com

Anacan, mən böyüyürəm


Bu kitabı bizim mağazadan 1.8 AZN endirimlə alacaqsınız.

Əgər siz tələbəsinizsə bu kitabı 2.6 AZN endirimlə ala bilərsiniz.

Yazar: Hatice Kübra Tonqar
Janr: Ailə, Araşdırma, Elmi-Kütləvi, Psixologiya, Uşaq psixologiyası, Uşaq tərbiyəsi
Nəşr: Azərbaycanca
Nəşriyyat: TEAS PRESS
Səhifə sayı: 288
Cild tipi: Yumşaq
Arxa qiyməti: 17.5 AZN
Satış qiyməti: 15.7 AZN
Tələbələr üçün: 14.9 AZN


Əziz anam!
Məni bapbalaca bir bələkdə evə gətirdiyin günü xatırlayırsanmı? Mənə aldığın paltarlar əynimə hələ çox böyük idi. Bəlkə də balaca bədənimə baxıb necə böyüyəcəyimi fikirləşirdin. Hətta bəlkə də bir az qorxmuşdun. Amma o gündən aylar keçib və mənim bir yaşım tamam olub.
İndi səninlə birlikdə ikimiz üçün də yeni olan bir dövrə qədəm basırıq. Artıq mən çağalıqdan uşaqlıq mərhələsinə doğru sürətlə gedən balaca bir “tədqiqatçı”yam…
Əlbəttə ki, mənimlə birlikdə sənin həyəcanın, narahatlığın və problemlərin də böyüyür. Xoşbəxt və qayğısız yaşamağım üçün hər şeyin qaydasında olmasını istəyirsən.
Narahat olma, anacan, bu məsələdə ən böyük köməkçin yenə də elə mən özüm olacam. Mənə qulluq etməkdən tutmuş qidalanmağıma, oyunlarımdan ta fiziki inkişafıma qədər bir çox məsələlər barədə xeyli məlumatın olmalıdır. Onların hamısını sənə elə mən özüm verəcəyəm. Bu kitabda sənin ehtiyac duyduğun bütün məlumatlar var.
“Böyüklərimizin bu mənada bir sözü var: “Valideyn olmaq asandır, əsas odur ki, valideynlik edə biləsən”.
Valideyn olmağın məsuliyyət tələb edən cəhətlərindən biri də uşaqların hansı yaş dövründə nəyə ehtiyacının olduğunu bilməkdir.
Kitabın süjeti boyunca iki fundamental suala cavab tapacaqsınız: “Uşağımdan hansı ayda (və ya yaşda) nə gözləməliyəm?” və “İnkişafının bu dövründə onunla necə davranmalıyam?”
Bu iki suala düzgün cavab verən valideynlər uşaqlarına da ən böyük yaxşılığı etmiş olacaqlar. Bu cür qiymətli kitabı biz valideynlərə təqdim etdiyi üçün Hatice xanıma təşəkkür edir, bütün oxuculara zövqlü qiraət arzulayıram”.
Pedaqogika dərnəyinin rəhbəri, pedaqoq-ekspert Mehmet Teber

Poçtla göndərilmə: Məhsulun saytdakı qiyməti + Poçt haqqı

Poçt haqqı: 1 kitab 2 azn, Əlavə hər kitab üçün 0.5 azn

Endirimlə kitabları necə əldə edə bilərəm?

- Endirimlə kitabları sadəcə mağazadan gəlib ala bilərsiniz, çatdırılmalara endirimlər şamil olunmur.

- Orijinal məhsul.

- Poçt sifarişləri 2-4 gün ərzində əldə edə bilərsiniz.

- Metroya olan sifarişlər: məsafədən asılı olaraq 5-30 dəqiqəyə çatdırılır.

- Ünvanlara: Sifariş edilən gün ərzində əldə etmək mümkündür.

Bu bölmə hazırlanma mərhələsindədir...
Bu sayt "Jest Group" tərəfindən hazırlanmışdır.