Bu kitabı bizim mağazadan 1.01 AZN endirimlə alacaqsınız.
Əgər siz tələbəsinizsə bu kitabı 1.51 AZN endirimlə ala bilərsiniz.
Yazar: Heather MorrisLale Sokolovun real həyat hekayəsi əsasında yazılmışdır. Mən onun qoluna bir döymə vurdum, o isə adını ürəyimə həkk etdi. Slovakiya yəhudisi olan Lale Sokolov, 1942-ci ilin aprelində Auschwitz-Birkenau toplama düşərgələrinə aparıldı və faşistlər tərəfindən ona digər məhbusların qollarına nömrələrini döymə etmək tapşırıldı. İki il yarımdan uzun müddət əsirlikdə olan Lale həm vəhşiliyin, həm də inanılmaz sevgi və cəsarət dolu hərəkətlərin şahidi oldu. Onunla eyni taleyi paylaşan insanların həyatını xilas etmək üçün həyatını riskə atıb, qismən üstün mövqeyindən istifadə edərək öldürülən yəhudilərdən qalan daş-qaş və pullar qarşılığında ərzaq alırdı.
1942-ci ilin iyul ayının bir günü, 32407 nömrəli Lale qoluna 4562 nömrəsinin döyməsini etdirmək üçün titrəyərək növbədə gözləyən bir gənc qadınla tanış oldu. O gənc qadının adı Gita idi və Lale onu gördükdən sonra sağ qalacağına və nə olursa olsun onunla evlənəcəyinə and içdi.
Lale Sokolovun gerçək həyat hekayəsi, ümidin, sevginin və insanlığın ən pis və qaranlıq şəraitdə belə yaşaya biləcəyinin güclü bir dəlilidir.
Heather Morris hazırda Avstraliyada yaşayan Yeni Zelandiya vətəndaşıdır. Bir neçə il Melburnda böyük bir dövlət xəstəxanasında işləmiş, bu müddətdə ssenarilər yazmışdır. Morris 2003-cü ildə “danışılmağa dəyər hekayəsi ola biləcək” Lale Sokolov adında yaşlı bir kişi ilə tanışır. Bu tanışlıq onların ikisinin də həyatını dəyişdirir. Sokolov həyatının ən özəl xatirələrini Morrisə əmanət edib danışaraq həm də özünü tanıma yoluna çıxır. Morris “Auşvitz döyməçisi”ni roman olaraq yazmadan öncə Sokolovun əhvalatını beynəlxalq yarışmalarda ilk sıralarda yer tutan bir ssenari kimi də yazmışdır.
Morris “Cilkanın yolu”, “Ümidin hekayəsi”, “Üç bacı” əsərlərinin müəllifidir.
Poçtla göndərilmə: Məhsulun saytdakı qiyməti + Poçt haqqı
Poçt haqqı: 1 kitab 2 azn, Əlavə hər kitab üçün 0.5 azn
Endirimlə kitabları necə əldə edə bilərəm?
- Endirimlə kitabları sadəcə mağazadan gəlib ala bilərsiniz, çatdırılmalara endirimlər şamil olunmur.
- Orijinal məhsul.
- Poçt sifarişləri 2-4 gün ərzində əldə edə bilərsiniz.
- Metroya olan sifarişlər: məsafədən asılı olaraq 5-30 dəqiqəyə çatdırılır.
- Ünvanlara: Sifariş edilən gün ərzində əldə etmək mümkündür.