+994 70 200 71 33 novellakitabevi@gmail.com

Avtobioqrafiya


Bu kitabı bizim mağazadan 0.51 AZN endirimlə alacaqsınız.

Əgər siz tələbəsinizsə bu kitabı 0.71 AZN endirimlə ala bilərsiniz.

Yazar: Benjamin Franklin
Janr: Bioqrafiya-Memuar, Fərdi İnkişaf və Motivasiya
Nəşr: Azərbaycanca
Nəşriyyat: Kitab Klubu
Səhifə sayı: 288
Cild tipi: Yumşaq
Arxa qiyməti: 5 AZN
Satış qiyməti: 4.49 AZN
Tələbələr üçün: 4.29 AZN

100-lük ABŞ dollarını və ya onun surətini əlinə götürmüş hər adam onun şəklini görüb. Bu şərəfə hansı keyfiyyətlərinə görə layiq olduğunu isə bu kitabdan öyrənə bilərsiniz.
Benjamin Franklin haqqında:
Benjamin Franklin (ing. Benjamin Franklin; 17 yanvar 1706 – 17 aprel 1790) — Amerika Birləşmiş Ştatlarının banilərindən biri, yüksək intellektə sahib olmaqla yazıçı, satirist, siyasi nəzəriyyəçi, siyasətçi, poçtmeyster, alim, ixtiraçı, dövlət xadimi və diplomat kimi məşhurluq qazanmışdır. Elmdə elektrik və optika sahəsindəki tədqiqatları ilə tanınır. O, ABŞ-da ilk ictimai kitabxananın və Pensilvaniyada ilk yanğınsöndürmə idarəsinin yaradıcısıdır.
Benjamin Franklin ABŞ-ın baniləri arasında yeganə şəxsdir ki, Amerika Birləşmiş Ştatlarının yaranmasında əsas rol oynayan hər üç sənədə imza atmışdır. Bunlar ABŞ İstiqlal Bəyannaməsi, ABŞ Konstitusiyası və 13 Britaniya koloniyasının müstəqillik uğrunda apardığı müharibəni bitirən 1783-cü il Versal sülh müqaviləsidir.
1928-ci ildən Franklinin portreti ABŞ-ın 100 dollarlıq pul əskinaslarının üzərində təsvir olunur.
Həyatı
Benjamin Franklin 1706-cı ildə Bostonda dəmirçi ailəsində anadan olmuşdur. 13 yaşından tipoqrafiyada işləməyə başlamışdır. Artıq 16 yaşına çatanda yerli qəzetlərdə məqalələri çıxmağa başlayır. Lakin Boston ona cansıxıcı gəldiyindən o Pensilvaniyaya — Filadelfiya şəhərinə gəlir. Orada özünə çox böyük şöhrət qazanır və Filadelfiya qubernatoru tərəfindən Londona göndərilir. Bir çoxları bilməsə də məhz Benjamin Franklin tərəfindən dünyada ilk dəfə olaraq öz üzvləri üçün pulsuz kitabxana və elm mərkəzinə malik olan klub yaradılmışdır. Həmin dövr üçün bu, görünməmiş addım idi.
Dövlət qulluğunda olduğu zaman ərzində 1743-cü ildə Amerika Fəlsəfə cəmiyyətinin və Filadelfiya Akademiyasının da yaradıcısı bu dahi şəxsiyyət olmuşdur. Franklin bütün koloniya nümayəndələrinin iştirakı ilə konqressin çağırılmasının ilk təşəbbüskarlarından olmuşdur. 1757-1775-ci illərdə Franklin Şimali Amerika koloniyalarının Londonda təmsilçisi olmuşdur. Azadlıq Müharibəsi başlayan kimi o öz vətəninə qayıtmışdır. Tezliklə Parisə yenidən nümayəndə kimi göndərilmişdir. Onun xüsusi diplomatik bacarığının nəticəsində fransız-amerikan danışıqları uğurla başa çatır. 1783-cü ildə Versal danışıqlarında Böyük Britaniyanın Amerikanı suveren və müstəqil olduğunu rəsmən tanıması da Franklinin əməyinin nəticəsidir. Məhz o, müharibənin uğurlu sonluğunun və bugünki qüdrətli Amerika dövlətinin təməlini qoyan və dövlətin xarici düşmənlərini neytrallaşdıran şəxsiyyət idi. 1785-ci ildə vətəninə qayıdanda qanunverici yığıncağın prezidenti seçilir. Onun digər bir xidməti də ABŞ Konstitusiyasının hazırlanması zamanı yaxından bu işdə kömək etməsi olmuşdur.
Onun dahiliyi həm də onda idi ki, o yalnız dövlət qulluqçusu və qurucusu kimi deyil, həm də alim kimi o dövrün ən məşhur simalarından idi. Belə ki, müasir dövrdə ən çox müzakirə edilən insan hüquqları ilə bağlı elmi yanaşmanın banilərindən biri də Benjamin Franklin olmuşdur. Franklin, yaşamaq hüququ, azadlıq hüququ və mülkiyyət hüququnu insanın təbii ayrılmaz hüquqlarından sayırdı. Onun elmi pamfletləri və məqalələri əsasında günlərimizdə ən inkişaf etmiş dövlətlər insan hüquqları sahəsində öz daxili strategiyalarını müəyyən edirlər.
Aforizmləri

Əgər rahat yatmaq istəyirsənsə yatağına özünlə təmiz vicdan apar!
2. Qəzəblənmək üçün hər zaman əsas var, lakin səbəb çox azdır.
3. Qadının çatışmayan cəhətlərini bilmək istəyirsənsə, onun rəfiqələrinin yanında onu təriflə.
4. Əgər boş vaxtının olmasını istəyirsənsə, vaxtını boş itirmə.
5. Qardaş dost olmaya bilər – amma dost həmişə qardaşdır.
6. Qürürlu insan həmişə qürürlu insana nifrət edir!
7. Ən gözəl dərman istirahət və nəfsdən çəkinməkdir!
8. Həyatı sevirsənsə, vaxtını boşa vermə – çünki həyat vaxtdan ibarətdir.
9. Fırıldaqçılar düzgünlüyün bütün üstün cəhətlərini bilsəydilər qazanc xatirinə düzgün insan olardılar!
10.Hansı vəziyyətdə yaşamasından asılı olmayaraq insan hər zaman rahatlıq və narahatlıq tapır!
11.Böyük imperiya – böyük piroq kimidir. Qıraqlardan yemək daha asanddır!
12.Ən yaxşı həkim əksər dərmanların kömək edə bilmədiyini bilən həkimdir!
13.Şüşə, farfor və reputasiya – bunları sındırmaq çox asan yenidən əvvəlki vəziyyətinə qaytarmaq isə çox çətindir!
14.Bir bu gün iki sabaha dəyər!
15.Əxlaqsızlıq zənginlikə səhər yeməyini yeyir, kasıbçılıqla nahar edir, yoxsulluqla şam edib rüsvayçılıqla yatağa gedir!

Benjamin Franklin Amerikanin milli quşunun hind toyuğu olması barədə fikri müdafiə edib.
Cox insan bilməsə də, Benjamin Franklin heç vaxt Amerika prezidenti olmayıb.
İnsanların öldükdən sonra dondurulması ideyası Benjamin Franklinə məxsusdur. O bunu 200 il sonra çiçəklənən müstəqil Amerikani görə bilmək üçün arzulayırdı.
Benjamin Franklin və Aleksandr Hamilton – ABŞ hökumətinin prezident olmayan yeganə rəsmiləridir ki, bu günə kimi banknotların üzərində şəkilləri təsvir olunub.
 

Poçtla göndərilmə: Məhsulun saytdakı qiyməti + Poçt haqqı

Poçt haqqı: 1 kitab 2 azn, Əlavə hər kitab üçün 0.5 azn

Endirimlə kitabları necə əldə edə bilərəm?

- Endirimlə kitabları sadəcə mağazadan gəlib ala bilərsiniz, çatdırılmalara endirimlər şamil olunmur.

- Orijinal məhsul.

- Poçt sifarişləri 2-4 gün ərzində əldə edə bilərsiniz.

- Metroya olan sifarişlər: məsafədən asılı olaraq 5-30 dəqiqəyə çatdırılır.

- Ünvanlara: Sifariş edilən gün ərzində əldə etmək mümkündür.

Bu bölmə hazırlanma mərhələsindədir...
Bu sayt "Jest Group" tərəfindən hazırlanmışdır.