Bu kitabı bizim mağazadan 0.55 AZN endirimlə alacaqsınız.
Əgər siz tələbəsinizsə bu kitabı 0.81 AZN endirimlə ala bilərsiniz.
Yazar: John Maxwell CoetzeeRomanın baş qəhrəmanı – imperiyanın sərhədində otuz il ömür sürmüş hakim, barbarların üsyana qalxıb hökmranlarına yaxşı dərs verməyini arzu etsə də, əsərin sonunda öz seçimini edir və sivilizasiyadan imtina edərək barbarlara yaxın bir həyat tərzi sürməyə başlayır. Beləliklə, o öz vicdanı ilə barışır, çünki sivilizasiyanın içində yaşamaq ona utanc gətirirdi…
Con Maksvell Kutzeenin 1980-ci ildə işıq üzü görən «Barbarları gözləyərkən» romanı cəmiyyəti nəzarət altında saxlamaq üçün uydurulmuş düşmənlərdən bəhs edir. Kutzee köləliyin psixologiyasını anlamağa, şüurun «yox» sözünü deməyə mane olan qanunlarını dərk etməyə çalışır. O, köləliklə könüllü itaət arasında böyük fərq olduğunu nəzərə çarpdırır. Köləlik insanı alçaldır, könüllü itaət isə ruhi yüksəliş, insanın öz üzərindəki zəhmətinin məhsuludur. Kölələr üsyan arzusu ilə yaşayırlar, həyata öz iradələri ilə boyun əyənlər isə öz mənəvi-əxlaqi seçimlərini edir və sakit vicdanla yaşayırlar. Zülmə məruz qalmış hər insan qul sayıla bilməz.
Poçtla göndərilmə: Məhsulun saytdakı qiyməti + Poçt haqqı
Poçt haqqı: 1 kitab 2 azn, Əlavə hər kitab üçün 0.5 azn
Endirimlə kitabları necə əldə edə bilərəm?
- Endirimlə kitabları sadəcə mağazadan gəlib ala bilərsiniz, çatdırılmalara endirimlər şamil olunmur.
- Orijinal məhsul.
- Poçt sifarişləri 2-4 gün ərzində əldə edə bilərsiniz.
- Metroya olan sifarişlər: məsafədən asılı olaraq 5-30 dəqiqəyə çatdırılır.
- Ünvanlara: Sifariş edilən gün ərzində əldə etmək mümkündür.