Bu kitabı bizim mağazadan 0.5 AZN endirimlə alacaqsınız.
Əgər siz tələbəsinizsə bu kitabı 0.71 AZN endirimlə ala bilərsiniz.
Yazar: Patrikc NessRomanda hadisələr müasir İngiltərədə cərəyan edir. On üç yaşlı Konor amansız xərçəng xəstəliyinə tutulan anasının gündən-günə əriyib getməsi ilə barışa bilmir. Anasının çox yaşamayacağını hiss etsə də, bu həqiqəti, bildiyi gerçəyi qəbul etmək istəmir. Ancaq bu barışmazlıq onun həyatını kabusa döndərir.
Belə gərgin vaxtda bir bədheybət gecələr onun yanına gəlməyə başlayır və müxtəlif hekayələr danışır…
Bu hekayələr Konora nə öyrədir, ona necə yol göstərir?
Müəllif bunu oxucuların ixtiyarına buraxır.
Romanın ideya müəllifi olan Şivon Doud özü də bu sağalmaz xəstəliklə mübarizə aparmış, lakin başladığı bu əsəri bitirə bilmədən dünyaya vida etmişdir. Daha sonra “Xaos yerişi” (Chaos Walking) trilogiyasının müəllifi, tanınmış ingiltərəli yazar Patrik Ness həmin əsəri tamamlamış və “Bədheybətin səsi” (A Monster Calls) adı ilə 2011-ci ildə nəşr etdirmişdir. Roman 2012-ci ildə İngiltərənin prestijli “Karnegia Medal” mükafatına layiq görülmüşdür.
2016-cı ildə ispan rejissoru Xuan Antonio Bayona bu roman əsasında eyniadlı ekran əsəri çəkərək onu ikinci dəfə dünyaya tanıtmışdır.
“Çox maraqlı… təsirli… son dərəcədə heyrətamiz.”
Tanınmış İngiltərə yazarı Filip Pulman (Philip Pullman)
“Bu, hər kəlməsində dərin mənalar gizlənən çox kədərli, həm də olduqca müdrik bir əsərdir. “Bədheybətin səsi” dahi yazar Patrik Nessin sənət əsəri və oxuculara nəfis hədiyyəsidir.”
“The New York Times”
“Heyrətamiz, həyəcanlı, gözəl bir nağıl… Ağrı, iztirab, sınaq, ruhun gücü və həqiqətin gözlərinə baxmaq haqqında şedevr.”
“Publisher Weekly
Poçtla göndərilmə: Məhsulun saytdakı qiyməti + Poçt haqqı
Poçt haqqı: 1 kitab 2 azn, Əlavə hər kitab üçün 0.5 azn
Endirimlə kitabları necə əldə edə bilərəm?
- Endirimlə kitabları sadəcə mağazadan gəlib ala bilərsiniz, çatdırılmalara endirimlər şamil olunmur.
- Orijinal məhsul.
- Poçt sifarişləri 2-4 gün ərzində əldə edə bilərsiniz.
- Metroya olan sifarişlər: məsafədən asılı olaraq 5-30 dəqiqəyə çatdırılır.
- Ünvanlara: Sifariş edilən gün ərzində əldə etmək mümkündür.