Bu kitabı bizim mağazadan 3.5 AZN endirimlə alacaqsınız.
Əgər siz tələbəsinizsə bu kitabı 3.5 AZN endirimlə ala bilərsiniz.
Yazar: Feliks Salten
Feliks Salten
(1869-1945)
Feliks Salten Avstriya yazıçısı, tanınmış uşaq yazarıdır. Bir çox pyes, roman, hekayə qələmə alıb. Teatr, musiqi, ədəbiyyat sahəsində çoxlu məqalələr yazıb.
Heyvanlar haqqında yazdığı kitablarla uşaqların sevgisini qazanıb. O özü mahir ovçu olub. Bir ovçu kimi apardığı müşahidələr sayəsində əsərlərində heyvanlar aləmini gözəl təsvir edə bilib. O, heyvanların həyatını öyrənmək üçün çoxlu səfərlərə çıxıb. Hətta evində müxtəlif heyvanlar saxlayıb. Onun heyvanlar haqqında yazdığı “Bembi” adlı nağıl-roman çox keçmədən uşaqların sevimli kitabına çevrilib. 1924-cü ildə ilk dəfə çap olunan “Bembi” sonralar bir çox dillərdə və ölkələrdə işıq üzü görüb.
1942-ci ildə amerikalı rəssam Uolt Disney “Bembi” əsəri əsasında cizgi filmi çəkib. 1945-ci ildə İsveçrədə heyvanlar haqqında ən yaxşı hekayə üçün “Bembi” müsabiqəsi keçirilib.
“Bembi” nağıl-romanı Azərbaycan dilində ilk dəfə Elxan Rəhimovun tərcüməsində 1976-cı ildə nəşr olunub. “Libra kitab”ın yenidən çapa hazırladığı həmin tərcümənin dili nisbətən sadələşdirilib. Oxunması asan olsun deyə əsər 19 bölməyə ayrılıb, hər birinə ayrıca başlıq qoyulub.
Poçtla göndərilmə: Məhsulun saytdakı qiyməti + Poçt haqqı
Poçt haqqı: 1 kitab 2 azn, Əlavə hər kitab üçün 0.5 azn
Endirimlə kitabları necə əldə edə bilərəm?
- Endirimlə kitabları sadəcə mağazadan gəlib ala bilərsiniz, çatdırılmalara endirimlər şamil olunmur.
- Orijinal məhsul.
- Poçt sifarişləri 2-4 gün ərzində əldə edə bilərsiniz.
- Metroya olan sifarişlər: məsafədən asılı olaraq 5-30 dəqiqəyə çatdırılır.
- Ünvanlara: Sifariş edilən gün ərzində əldə etmək mümkündür.