Bu kitabı bizim mağazadan 1.31 AZN endirimlə alacaqsınız.
Əgər siz tələbəsinizsə bu kitabı 2.01 AZN endirimlə ala bilərsiniz.
Yazar: Li Strobel
2004-cü ildə Amerikada nəşr olunan və nəşr olunduğu tarixdən indiyədək gündəmdən düşməyən, dünyanın bir çox dillərinə tərcümə olunmuş kitab artıq Azərbaycanda.
New York Times jurnalının bestsellerlər siyahısında yer almış bu kitabın müəllifi Li Strobel ixtisasca hüquqşünas, jurnalist və bir çox mükafatların laureatıdır.
Elm kainatın şüurlu bir yaradanı olması barədə illüziyaların hamısını darmadağın edib – ən azından, Li Strobel belə düşünürdü. Lakin son illər ərzində kainatın Üstün Zəka tərəfindən yaradıldığını təsdiq edən çoxlu sayda maraqlı elmi nailiyyətlər ortaya qoyulub. Deməli, alimlər Yaradanı kəşf ediblər?
Li Strobel nə vaxtsa onu Tanrıdan uzaqlaşdırmış elmi nəzəriyyələri araşdırmağa başlayır və bu məqsədlə müxtəlif sahələrin tanınmış alimləri ilə müsahibələr aparır.
Kitabda kosmologiya, hüceyrə biologiyası, DNT, insan şüuru, astronomiya, fizika sahəsində çox maraqlı tədqiqatlarla, təkzibedilməz faktlarla tanış olacaqsınız. Gəncliyində ateist olmuş və daha sonra dinə üz tutmuş Strobel kitabın ana sualını bu şəkildə qoyur: Bir zamanlar məni ateizmə sürükləmiş elmin beynimdə yaranan suallara verə biləcəyi cavab varmı, yoxmu?
Poçtla göndərilmə: Məhsulun saytdakı qiyməti + Poçt haqqı
Poçt haqqı: 1 kitab 2 azn, Əlavə hər kitab üçün 0.5 azn
Endirimlə kitabları necə əldə edə bilərəm?
- Endirimlə kitabları sadəcə mağazadan gəlib ala bilərsiniz, çatdırılmalara endirimlər şamil olunmur.
- Orijinal məhsul.
- Poçt sifarişləri 2-4 gün ərzində əldə edə bilərsiniz.
- Metroya olan sifarişlər: məsafədən asılı olaraq 5-30 dəqiqəyə çatdırılır.
- Ünvanlara: Sifariş edilən gün ərzində əldə etmək mümkündür.