Bu kitabı bizim mağazadan 0.8 AZN endirimlə alacaqsınız.
Əgər siz tələbəsinizsə bu kitabı 1.21 AZN endirimlə ala bilərsiniz.
Yazar: Çingiz Abdullayev
“O, öz qurbanlarını təcavüz vaxtı boğur, belə ağlasığmaz üsulla həzz alırdı. O, qadınları əvvəlcə hansı yollasa neytrallaşdırır, hipnozdan, yaxud tibb elmi ilə tanışlığı varsa, tez həll olan zəhərdən istifadə edirdi…
…Qadının əynindəki göy don Veniaminə öküzü qızışdıran qırmızı parça kimi təsir göstərirdi. O, Katyanı vurdu. Zərbə o qədər güclü idi ki, qadının partlamış dodağından qan gəldi. Qan onu lap coşdurdu. Veniaminin içində çoxdan mürgüləməkdə olan yırtıcı heyvan oyandı. Qadının donunu cıranda onu həm də bərk-bərk qucaqlayırdı. Katya birdən anladı ki, Veniamin onu zorlamaq istəyir…”
Detektiv əsərlər müəllifi Çingiz Abdullayevin “Bumeranq zərbəsi” adlı romanında seriya qatilin axtarışlarına cəlb edilmiş hüquq-mühafizə orqanlarının üzləşdiyi çətinliklər təsvir olunur.
Hadisələr Rusiyanın bir neçə şəhərində cərəyan edir, daha doğrusu, seksual manyak olan qatil ayrı-ayrı şəhərlərdə eyni üsulla dalbadal qətllər törədir. Tədbirlilikdə və amansızlıqda Çikatilo ilə müqayisə olunan qatilin qurbanları əsasən gənc və gözəl qadınlardır. O, qurbanlarını səbirlə izləyir, yaxalayır və zorlayıb öldürür, amma heç bir iz qoymur. Onu görən də yoxdur. Ufada qətl törədib Çelyabinskə gedir, oradan başqa şəhərə keçir. Moskvadakı yüksək rütbəli milis məmurları başını itirib. İşə məşhur xəfiyyə və psixoanaliz üzrə professor da cəlb olunur. Bu iki ekspert qatilin psixoloji portretini yaradır, onun intellektual, yaraşıqlı, ünsiyyətcil və gənc bir adam olduğunu deyirlər. Yüksək rütbəli milis zabitləri bundan narazı qalır…
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Poçtla göndərilmə: Məhsulun saytdakı qiyməti + Poçt haqqı
Poçt haqqı: 1 kitab 2 azn, Əlavə hər kitab üçün 0.5 azn
Endirimlə kitabları necə əldə edə bilərəm?
- Endirimlə kitabları sadəcə mağazadan gəlib ala bilərsiniz, çatdırılmalara endirimlər şamil olunmur.
- Orijinal məhsul.
- Poçt sifarişləri 2-4 gün ərzində əldə edə bilərsiniz.
- Metroya olan sifarişlər: məsafədən asılı olaraq 5-30 dəqiqəyə çatdırılır.
- Ünvanlara: Sifariş edilən gün ərzində əldə etmək mümkündür.