+994 70 200 71 33 novellakitabevi@gmail.com

Cip və Yanika


Bu kitabı bizim mağazadan 0.3 AZN endirimlə alacaqsınız.

Əgər siz tələbəsinizsə bu kitabı 0.44 AZN endirimlə ala bilərsiniz.

Yazar: Annie M.G.Schmidt
Janr: Hekayələr, Macəra, Uşaq Ədəbiyyatı
Nəşr: Azərbaycanca
Nəşriyyat: Qanun Nəşriyyat
Səhifə sayı: 142
Cild tipi: Yumşaq
Arxa qiyməti: 2.99 AZN
Satış qiyməti: 2.69 AZN
Tələbələr üçün: 2.55 AZN

“Cip və Yanika” kitabında holland yazıçısı Anna Şmitin 1953-1960-cı illərdə uşaqlar üçün yazdığı əlliyə yaxın hekayə toplanıb. Ayrı-ayrı hekayələrdən ibarət olsa da, bu, vahid süjetli bütöv bir əsər təsiri bağışlayır. Əsərin əsas qəhrəmanları Cip adlı oğlan və Yanika adlı qızdır. Onlar hələ məktəbə getmirlər, çünki beş yaşları var. Ciplə Yanika qonşudular. Bir yerdə oynayır, yeməyi də çox vaxt bir yerdə yeyirlər. Hərdən mübahisə edir, dalaşıb küsüşürlər, sonra yenə birlikdə oynayırlar. Bəzən də oyuna o qədər aludə olurlar ki, üst-başları tamam islanır, palçığa bulaşır. Başqa analar kimi, onların da anaları deyinə-deyinə çirkli paltarları dəyişməli olurlar.
Əksər uşaqlar kimi, Ciplə Yanika da səhər yeməyi vaxtı sıyıq yemək istəmirlər. Onlar da şirniyyatı sevir, çox şirniyyat yeyib xəstələndikləri də olur. Yarım əsrdən artıq bir vaxt ərzində “Cip və Yanika” holland uşaqlarının dilindən düşmür. Kitab bir çox dünya xalqlarının dilinə çevrilib, özgə xalqların uşaqları da bu kitabı böyük maraqla oxuyurlar. Heç şübhəsiz, “Cip və Yanika” kitabı azərbaycanlı uşaqların da xoşuna gələcək.

Poçtla göndərilmə: Məhsulun saytdakı qiyməti + Poçt haqqı

Poçt haqqı: 1 kitab 2 azn, Əlavə hər kitab üçün 0.5 azn

Endirimlə kitabları necə əldə edə bilərəm?

- Endirimlə kitabları sadəcə mağazadan gəlib ala bilərsiniz, çatdırılmalara endirimlər şamil olunmur.

- Orijinal məhsul.

- Poçt sifarişləri 2-4 gün ərzində əldə edə bilərsiniz.

- Metroya olan sifarişlər: məsafədən asılı olaraq 5-30 dəqiqəyə çatdırılır.

- Ünvanlara: Sifariş edilən gün ərzində əldə etmək mümkündür.

Bu bölmə hazırlanma mərhələsindədir...
Bu sayt "Jest Group" tərəfindən hazırlanmışdır.