+994 70 200 71 33 novellakitabevi@gmail.com

Danışığınla həyatı qazan


Bu kitabı bizim mağazadan 1.3 AZN endirimlə alacaqsınız.

Əgər siz tələbəsinizsə bu kitabı 2.01 AZN endirimlə ala bilərsiniz.

Yazar: Cəlalə Nəzəroğlu
Janr: Araşdırma, Azərbaycan Ədəbiyyatı, Fərdi İnkişaf və Motivasiya, Psixologiya
Nəşr: Azərbaycanca
Nəşriyyat: TEAS PRESS
Səhifə sayı: 328
Cild tipi: Yumşaq
Arxa qiyməti: 13 AZN
Satış qiyməti: 11.7 AZN
Tələbələr üçün: 10.99 AZN

Bu kitab uğur açarlarından biridir. Açarı götür və qapını aç, əziz oxucum!
Savad, təcrübə və bacarıqlarımızdan nə dərəcədə istifadə edə bilirik? İşdə və şəxsi həyatımızda özümüzü doğru ifadə edə bilmək, gördüyümüz işi ən yaxşı formada təqdim etmək uğurumuzu artırır.
Başqalarının bizi maraqla dinləməsini təmin etmək, razı salmaq, qəbul olunmaq, seçilmək və hədəflərimizə çatmaq istəyirik. Bütün bunlar üçün atacağımız ilk addım doğru və təsirli ünsiyyət qurmaqdır. Bunu təmin edən amil isə qüsursuz danışıq qabiliyyətidir.
Bu kitab yaşından, məsləyindən, savadından asılı olmayaraq, bütün insanların karyeralarında və şəxsi həyatlarındakı problemlərin səbəbini tapmağa və onları asan yolla həll etməyə kömək edəcək.
 
“Danışığınla Həyatı Qazan” kitabında müxtəlif nitq problemlərini aradan qaldıran sistemli məşqlər, dolğun səsə sahib olmağın üsulları, bədən dili, xüsusi mərasimlər üçün şablon çıxışlar, iş görüşündə, şəxsi münasibətlərdə ilk görüşdə danışıq qaydaları, düzgün nəfəs almağın yolları, danışığı ilə uğur qazanmışların həyat hekayələri, intonasiyalı, təsirli danışmağın, toplum qarşısında sərbəst nitq söyləməyin qaydaları və sair vacib məsələlər əksini tapıb. Nəfis tərtibatda olan kitabda çox sayda şəkildən istifadə olunub.

Poçtla göndərilmə: Məhsulun saytdakı qiyməti + Poçt haqqı

Poçt haqqı: 1 kitab 2 azn, Əlavə hər kitab üçün 0.5 azn

Endirimlə kitabları necə əldə edə bilərəm?

- Endirimlə kitabları sadəcə mağazadan gəlib ala bilərsiniz, çatdırılmalara endirimlər şamil olunmur.

- Orijinal məhsul.

- Poçt sifarişləri 2-4 gün ərzində əldə edə bilərsiniz.

- Metroya olan sifarişlər: məsafədən asılı olaraq 5-30 dəqiqəyə çatdırılır.

- Ünvanlara: Sifariş edilən gün ərzində əldə etmək mümkündür.

Bu bölmə hazırlanma mərhələsindədir...
Bu sayt "Jest Group" tərəfindən hazırlanmışdır.