Bu kitabı bizim mağazadan 0.65 AZN endirimlə alacaqsınız.
Əgər siz tələbəsinizsə bu kitabı 1 AZN endirimlə ala bilərsiniz.
Yazar: Elxan ElatlıDetektiv romanlar müəllifi Elxan Elatlının “Dilənçi qadının sirri” romanında hadisələr Bakıda cərəyan edir. Əsər detektiv janrda yazılsa da, burada həyatın çətinliklərinə, mürəkkəb ailə münasibətlərinə və digər problemlərə də toxunulur.
Arvadının xəyanəti ilə üzləşən biznesmen bu rüsvayçılığa dözə bilməyərək ailə-uşağını atıb Türkiyədən Azərbaycana köçür. Bakıda şirkət açıb biznes quran orta yaşlı iş adamı burada özündən 30 yaş cavan qadınla rastlaşır. Kasıb bir fəhlənin arvadı olan, lakin dəbdəbəli həyata can atan bu gözəl və gənc qadın ərinə elə onun dostu ilə xəyanət edəndən sonra boşanaraq özünə imkanlı məşuq tapsa da, türk iş adamının evlənmək təklifini sevinclə qarşılayır. Az sonra onların bir oğlu da olur. Uşaq 3 yaşına çatanda ailədə qəribə hadisələr baş verir. Əvvəlcə brilyantlar yoxa çıxır, sonra uşaq oğurlanır və ailədən pul tələb edilir. Biznesmen özəl detektivdən yardım istəməli olur…
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Poçtla göndərilmə: Məhsulun saytdakı qiyməti + Poçt haqqı
Poçt haqqı: 1 kitab 2 azn, Əlavə hər kitab üçün 0.5 azn
Endirimlə kitabları necə əldə edə bilərəm?
- Endirimlə kitabları sadəcə mağazadan gəlib ala bilərsiniz, çatdırılmalara endirimlər şamil olunmur.
- Orijinal məhsul.
- Poçt sifarişləri 2-4 gün ərzində əldə edə bilərsiniz.
- Metroya olan sifarişlər: məsafədən asılı olaraq 5-30 dəqiqəyə çatdırılır.
- Ünvanlara: Sifariş edilən gün ərzində əldə etmək mümkündür.