+994 70 200 71 33 novellakitabevi@gmail.com

Eksperiment


Bu kitabı bizim mağazadan 0.85 AZN endirimlə alacaqsınız.

Əgər siz tələbəsinizsə bu kitabı 1.3 AZN endirimlə ala bilərsiniz.

Yazar: Elxan Elatlı
Janr: Azərbaycan Ədəbiyyatı, Bestseller, Bədii ədəbiyyat, Detektiv, Psixoloji, Roman
Nəşr: Azərbaycanca
Nəşriyyat: TEAS PRESS
Səhifə sayı: 390
Cild tipi: Yumşaq
Arxa qiyməti: 8.5 AZN
Satış qiyməti: 7.65 AZN
Tələbələr üçün: 7.2 AZN

Elxan Elatlı “Eksperiment” romanında 70 ildən artıq hökmranlıq etmiş sovet diktaturasının əsl üzünü, saxtakar simasını göstərməklə gənclərimizi dövlət müstəqilliyinin qədrini bilməyə çağırır. Roman yazıçının əvvəlki əsərlərindən kəskin fərqlənir. Belə ki, onu ədəbiyyatımızda ilk uğurlu karyera romanı da adlandırmaq olar.
Uzaq bir kənddə yazıb-oxumağı bacarmayan, olduqca çirkin, mənəviyyatca az qala bütün mənfilikləri özündə cəmləmiş bir naxırçı ilə rastlaşan nazir Rəfizadə eksperiment marağı xatirinə onu paytaxta aparıb hərtərəfli dəyişmək, sonda öz tabeliyindəki zavodların birinə direktor müavini təyin etmək qərarına gəlir. Jurnalist dostu bunun əsla mümkün olmayacağını desə də nazir fikrindən dönmür. Naxırçını şəhərə apararaq onun həm zahiri baxımdan, həm də mənən dəyişdirilməsi prosesinə başlayır və tabeliyindəki bəzi adamları da bu işə qoşur.
Nəticə necə olur? Nazir həmin mənfi tipi nəzərdə tutduğu mərtəbəyə yüksəldə bilirmi? Vəzifə pillələrində addım-addım yüksələn naxırçının psixologiyasında nələr baş verir? Bəs apardığı eksperiment nazirin özünə nə qazandırır? Bu suallara sonsuz maraqla oxuyacağınız romanda cavab tapacaqsınız.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Poçtla göndərilmə: Məhsulun saytdakı qiyməti + Poçt haqqı

Poçt haqqı: 1 kitab 2 azn, Əlavə hər kitab üçün 0.5 azn

Endirimlə kitabları necə əldə edə bilərəm?

- Endirimlə kitabları sadəcə mağazadan gəlib ala bilərsiniz, çatdırılmalara endirimlər şamil olunmur.

- Orijinal məhsul.

- Poçt sifarişləri 2-4 gün ərzində əldə edə bilərsiniz.

- Metroya olan sifarişlər: məsafədən asılı olaraq 5-30 dəqiqəyə çatdırılır.

- Ünvanlara: Sifariş edilən gün ərzində əldə etmək mümkündür.

Bu bölmə hazırlanma mərhələsindədir...
Bu sayt "Jest Group" tərəfindən hazırlanmışdır.