+994 70 200 71 33 novellakitabevi@gmail.com

Freyd üçün etüd


Bu kitabı bizim mağazadan 0.95 AZN endirimlə alacaqsınız.

Əgər siz tələbəsinizsə bu kitabı 1.51 AZN endirimlə ala bilərsiniz.

Yazar: Çingiz Abdullayev
Janr: Azərbaycan Ədəbiyyatı, Detektiv
Nəşr: Azərbaycanca
Nəşriyyat: TEAS PRESS
Səhifə sayı: 256
Cild tipi: Yumşaq
Arxa qiyməti: 9.5 AZN
Satış qiyməti: 8.55 AZN
Tələbələr üçün: 7.99 AZN

“…Gecədən xeyli keçmiş səfirin sürücüsü Aleksey şəxsi “Jiquli”sində evinə qayıdırdı. Səfirliyin maşınını qaraja salandan sonra öz maşınını minmişdi. Evinə çatanda maşını saxladı, düşmək istəyəndə qəfildən tanımadığı yad bir adam salona soxuldu. Tapançanın lüləsi onun gicgahına dirənmişdi. “Tərpənmə, – yad adam əmr etdi. – Səni güllələmək fikrim yoxdur, ancaq suallarıma düzgün cavab ver. Dünən səfirin xanımını aparmısan. Rəfiqəsi ilə bir yerdə olub. Öz aralarında nə barədəsə danışıblar. Düzünü de, onların maşındakı söhbəti haqda səfirə məlumat vermisənmi?…”
Detektiv əsərlər müəllifi Çingiz Abdullayevin “Freyd üçün etüd” adlı romanında hadisələr Moskvada cərəyan edir.
Zəngin bir iş adamının evindəki bahalı əşyalar yoxa çıxmağa başlayanda buna əvvəlcə adi oğurluq hadisəsi kimi baxırlar. Bununla əslində yerli sahə müvəkkili məşğul olmalıdır, intellektual özəl detektiv yox. Dronqo adətən belə işləri araşdırmır. Lakin az sonra biznesmenin meyiti öz evində tapılır, bununla da vəziyyət dəyişir. Müşahidə kameraları qətl baş verən gün evdən ağ plaşlı bir qadının çıxdığını qeydə alır, bu plaş isə mərhumun arvadına məxsusdur. Üstəlik, xəfiyyə daha bir neçə qadının hərəkətlərindən şübhələnir. Dronqo gözəl qadınlara biganə olmayan mərhum biznesmenin keçmişini və mürəkkəb ailə həyatının incəliklərini öyrənməyi qərara alır. Elə bu zaman ikinci dəhşətli qətl hadisəsi baş verir…

Poçtla göndərilmə: Məhsulun saytdakı qiyməti + Poçt haqqı

Poçt haqqı: 1 kitab 2 azn, Əlavə hər kitab üçün 0.5 azn

Endirimlə kitabları necə əldə edə bilərəm?

- Endirimlə kitabları sadəcə mağazadan gəlib ala bilərsiniz, çatdırılmalara endirimlər şamil olunmur.

- Orijinal məhsul.

- Poçt sifarişləri 2-4 gün ərzində əldə edə bilərsiniz.

- Metroya olan sifarişlər: məsafədən asılı olaraq 5-30 dəqiqəyə çatdırılır.

- Ünvanlara: Sifariş edilən gün ərzində əldə etmək mümkündür.

Bu bölmə hazırlanma mərhələsindədir...
Bu sayt "Jest Group" tərəfindən hazırlanmışdır.