+994 70 200 71 33 novellakitabevi@gmail.com

Gənclik


Bu kitabı bizim mağazadan 0.55 AZN endirimlə alacaqsınız.

Əgər siz tələbəsinizsə bu kitabı 0.81 AZN endirimlə ala bilərsiniz.

Yazar: John Maxwell Coetzee
Janr: Bədii ədəbiyyat, Bioqrafiya-Memuar, Roman
Nəşr: Azərbaycanca
Nəşriyyat: Qanun Nəşriyyat
Səhifə sayı: 216
Cild tipi: Yumşaq
Arxa qiyməti: 5.5 AZN
Satış qiyməti: 4.95 AZN
Tələbələr üçün: 4.69 AZN
Bu məhsulun satışı bitmişdir

“Gənclik” romanındakı Kutzee obrazı xoşagəlməz, hətta əxlaqsız bir insan kimi üçüncü şəxsin dilindən təsvir olunur. Romanda ondan özünənifrət və ambisiyalar arasında çırpınan insan kimi bəhs olunur. İlk baxışdan bu roman Tolstoyun “Gənclik”ini xatırladır. Tolstoy da Kutzee kimi özünü ifşa edir.
Oxucu bu avtobioqrafik əsərdə, doğrudan da, gəncliyi tapır. Lakin bu romanda təsvir olunanlar bədii əsərlərdə əksini tapan ənənəvi sevinc dolu, nəşəli gənclikdən çox uzaqdır. Kutzeenin qələmə aldığı gənclik həqiqətə daha yaxındır. Romanın əsas qəhrəmanı – Conu narahat edən mövzular barədə bütün insanlar həyatlarında bir dəfə də olsa, düşünüblər, məsələn, doğulduğun yerdən qaçmaq arzusu, nəyi səhv etdiyi barədə bitib-tükənməz suallar, iki ali təhsilə rəğmən münasib iş tapa bilməyin nigaranlığı. Kutzee bu əsərində də son dərəcə amansızdır: o, heç nədən çəkinmədən “gəncliyin mübarizəsinin” real mənzərəsini yaradır. Baş qəhrəman öz yöndəmsizliyindən qurtulub cazibədar bir insana çevrilə bilmir, lakin Kutzee nə etməli olduqları barədə heç bir təsəvvürləri olmayan, həyatlarını ədəbiyyata həsr edən gənclərin tərəddüdlərini və qarşısında dayandıqları dilemmanı ustalıqla təsvir edə bilir.
Con Maksvell Kutzeenin «Gənclik» romanında 1959-cu ildən 1964-cü ilə qədər olan dövr və Kutzeenin Londondakı həyatından bəhs edilir. Bu əsər, nəhayət ki, oxucuya müəllif barədə məlumat verə, yazıçının özünü işıqlandırması hesab oluna bilərdi. Lakin «Gənclik»i «bədii nəsr əsəri» kimi təqdim etməklə Kutzee yenə də oxucunu çaşdırır.

Poçtla göndərilmə: Məhsulun saytdakı qiyməti + Poçt haqqı

Poçt haqqı: 1 kitab 2 azn, Əlavə hər kitab üçün 0.5 azn

Endirimlə kitabları necə əldə edə bilərəm?

- Endirimlə kitabları sadəcə mağazadan gəlib ala bilərsiniz, çatdırılmalara endirimlər şamil olunmur.

- Orijinal məhsul.

- Poçt sifarişləri 2-4 gün ərzində əldə edə bilərsiniz.

- Metroya olan sifarişlər: məsafədən asılı olaraq 5-30 dəqiqəyə çatdırılır.

- Ünvanlara: Sifariş edilən gün ərzində əldə etmək mümkündür.

Bu bölmə hazırlanma mərhələsindədir...
Bu sayt "Jest Group" tərəfindən hazırlanmışdır.