Bu kitabı bizim mağazadan 3.3 AZN endirimlə alacaqsınız.
Əgər siz tələbəsinizsə bu kitabı 3.3 AZN endirimlə ala bilərsiniz.
Janr: Macəra, Nağıllar, Uşaq ƏdəbiyyatıBu kitabda müxtəlif qaynaqlardan toplanan orijinal nağıllar verilmişdir. Nağılların süjeti və məzmunu uşaqlara çalışqanlıq, dürüstlük, yaxşılıq, xeyirxahlıq kimi gözəl xüsusiyyətlər aşılayır. Hər nağıla aid rəsmlər isə hadisəni daha yaxşı qavramağa kömək edir. Qeyd edək ki, bu silsilə hazırlanarkən müəllim və psixoloqlardan rəy alınmışdır.
Uşağa faydası:
Uşaqların xəyal dünyası nağıllarla zənginləşir.
Onlar nağıllar vasitəsilə həyatı qavrayır, yeni sözlər öyrənirlər.
Balacalar məhz nağıllar oxuyaraq yaxşılıq, xeyirxahlıq, çalışqanlıq kimi gözəl xüsusiyyətlərə yiyələnirlər.
Özlərini nağılların baş qəhrəmanının yerinə qoyur, nağıldakı macəraları hiss edirlər. Nağıl qatarında maraqlı dünyaları səyahətə çıxırlar.
Nağıllar əyləncəli hadisələrlə, ibrətamiz sonluqlarla uşaqlara səma kimi təmizlik və gözəllik aşılayır.
Əziz valideynlər, nağıllar uşaqların dünyagörüşünü, həyata baxışını zənginləşdirir. Nitq qabiliyyətini inkişaf etdirir. Söz ehtiyatını artırır. Nağılları uşaqlara xüsusi intonasiya ilə oxumaq, vacib sözləri xüsusi vurğulamaq çox faydalı olar. Bu üsulla oxunuş uşaqların nağıldakı hadisələri təsəvvüründə daha aydın canlandırmasına kömək edər. Sözlərin düzgün tələffüzünü onlara öyrədər.
Poçtla göndərilmə: Məhsulun saytdakı qiyməti + Poçt haqqı
Poçt haqqı: 1 kitab 2 azn, Əlavə hər kitab üçün 0.5 azn
Endirimlə kitabları necə əldə edə bilərəm?
- Endirimlə kitabları sadəcə mağazadan gəlib ala bilərsiniz, çatdırılmalara endirimlər şamil olunmur.
- Orijinal məhsul.
- Poçt sifarişləri 2-4 gün ərzində əldə edə bilərsiniz.
- Metroya olan sifarişlər: məsafədən asılı olaraq 5-30 dəqiqəyə çatdırılır.
- Ünvanlara: Sifariş edilən gün ərzində əldə etmək mümkündür.