Bu kitabı bizim mağazadan 1.21 AZN endirimlə alacaqsınız.
Əgər siz tələbəsinizsə bu kitabı 1.8 AZN endirimlə ala bilərsiniz.
Yazar: Nik Vuyiçiç, Kana VuyiçiçNik Vuyiçiç – dünyaca məşhur motivasiya ustası, bestseller kitablar müəllifi. Əlsiz-ayaqsız doğulmağına baxmayaraq, iki ali təhsil alıb, qolf oynayır, dənizdə üzür, sörfinqlə məşğul olur, kompüterdə yazır, bir sözlə, dolğun həyat yaşamağı bacarır. Kitabları və çıxışları sayəsində milyonlarla insanın ümid mənbəyi olmuşdur. Xoşbəxt ailəsi var, iki uşaq atasıdır.
MÜKƏMMƏL SEVGİNİ TAPMAQ ÜÇÜN MÜKƏMMƏL İNSAN OLMAQ ŞƏRT DEYİL
Nik Vuyiçiç həyatında dəfələrlə kədərli anlar və uğursuz münasibətlər yaşadıqdan sonra gələcəkdə heç bir qadının onu sevib, onunla birgə yaşamaq istəməyəcəyini düşünərək narahatlıq keçirirdi.
Sonra Nik Kanayla qarşılaşır və hər şey dəyişir. Bir-birilərinə olan sevgiləri nə qədər güclü, hüdudsuz olsa da, onlar evlilik həyatlarında “mən”, “sən” anlayışlarını yox edərək “biz” olmağaçalışmaq üçün çox çətin mərhələlərdən keçirlər.
“Hüdudsuz Sevgi” kitabında Nik və Kana bir-birilərini necə tapdıqlarını, necə aşiq olduqlarını və sonra onların münasibətlərinə şübhə ilə yanaşan insanların bu şübhələrini aradan qaldırmaq üçün necə mübarizə apardıqlarını bölüşürlər. Evlənməyi düşünən, eləcə də evli cütlüklər üçün faydalı məsləhətlərlə, praktiki fikirlərlə dolu olan bu ilhamlandırıcı kitab Vuyiçiçlər ailəsinin evlilik və valideynlik həyatının ilkin dönəmlərini təsvir edir.
Poçtla göndərilmə: Məhsulun saytdakı qiyməti + Poçt haqqı
Poçt haqqı: 1 kitab 2 azn, Əlavə hər kitab üçün 0.5 azn
Endirimlə kitabları necə əldə edə bilərəm?
- Endirimlə kitabları sadəcə mağazadan gəlib ala bilərsiniz, çatdırılmalara endirimlər şamil olunmur.
- Orijinal məhsul.
- Poçt sifarişləri 2-4 gün ərzində əldə edə bilərsiniz.
- Metroya olan sifarişlər: məsafədən asılı olaraq 5-30 dəqiqəyə çatdırılır.
- Ünvanlara: Sifariş edilən gün ərzində əldə etmək mümkündür.