Bu kitabı bizim mağazadan 1.2 AZN endirimlə alacaqsınız.
Əgər siz tələbəsinizsə bu kitabı 1.8 AZN endirimlə ala bilərsiniz.
Yazar: Jules VerneRoman fırtına nəticəsində gəmiləri qəzaya uğramış kapitan Qrantın və iki matrosun axtarışından bəhs edir. Qrantın uşaqları – Robert və Meri Qrant “Dunkan” gəmisi ilə atalarının axtarışına çıxırlar. Gənc kapitan Con Manqls, coğrafiyaşünas alim Jak Paqanel və məşhur dənizçi qızı Elen Qlenarvan onlara kömək edir. Yolun asan başlamasına baxmayaraq, təhlükələr getdikcə artır. Onları həm quruda, həm də dənizdə müxtəlif macəralar müşayiət edir, amma bütün təhlükələrin öhdəsindən mərdliklə gəlirlər.
Romanın sonunda kapitan Qrant və matroslar xilas olunur, səyyahlar Şotlandiyaya qayıdırlar.
Əsərdə incə yumor və nikbin ruh hakimdir.
Fransız yazıçısı Jül Vern ədəbiyyatda elmi fantastika janrının ən görkəmli nümayəndələrindən biri hesab olunur. İlk romanı “Açıq fəzada beş həftə” bitəndə 35 yaşı vardı. Bütün dövrlərin ən çox tərcümə edilmiş müəllifləri siyahısında ikinci yerdə qərarlaşıb. “Kapitan Qrantın uşaqları”nı 1867-1868-ci illərdə yazıb.
Poçtla göndərilmə: Məhsulun saytdakı qiyməti + Poçt haqqı
Poçt haqqı: 1 kitab 2 azn, Əlavə hər kitab üçün 0.5 azn
Endirimlə kitabları necə əldə edə bilərəm?
- Endirimlə kitabları sadəcə mağazadan gəlib ala bilərsiniz, çatdırılmalara endirimlər şamil olunmur.
- Orijinal məhsul.
- Poçt sifarişləri 2-4 gün ərzində əldə edə bilərsiniz.
- Metroya olan sifarişlər: məsafədən asılı olaraq 5-30 dəqiqəyə çatdırılır.
- Ünvanlara: Sifariş edilən gün ərzində əldə etmək mümkündür.