Bu kitabı bizim mağazadan 0.7 AZN endirimlə alacaqsınız.
Əgər siz tələbəsinizsə bu kitabı 1 AZN endirimlə ala bilərsiniz.
Yazar: George OrwellSiyasi baxışları 1936-cı ilin dekabrında Corc Oruelli Frankoya qarşı savaşan ispan respublikaçılarının sıralarına gətirmişdir. Marksist fəhlə partiyasının hərbi dəstələrində vuruşurdu. Bu savaş onun həyatında silinməz iz qoyur. Oruell 1937-ci ilin iyununda bu ölkəni tərk edir. İspaniyadakı gərgin, həyəcanlı günlərdən sonra yarım il Mərakeşdə yaşayan yazıçı burada bir tərəfdən aldığı yaradan müalicə olunmuş, digər tərəfdənsə ispan faşizminə qarşı beynəlmiləl mübarizəni əks etdirən “Kataloniyaya məhəbbətlə” kitabını qələmə almışdır.
Bu sənədli povest İspaniyada vətəndaş müharibəsini nəinki öz gözləriylə görmüş, hətta onun bilavasitə iştirakçısı olmuş qələm sahibinin sanballı əsərlərindəndir. Müharibə bütün ziddiyyətləri və pislikləriylə, ondan bəhrələnmək istəyənlərin oyun və yalanlarıyla, habelə uğrunda vuruşduğuna inananların fədakarlıqlarıyla qələmə alınıb. Həm də bu kitab o vaxt bəzi siyasətçilər üçün çox “narahatlıq” yaradıb, ona görə də ciddi “əl gəzdirilərək” buraxılıb.
Poçtla göndərilmə: Məhsulun saytdakı qiyməti + Poçt haqqı
Poçt haqqı: 1 kitab 2 azn, Əlavə hər kitab üçün 0.5 azn
Endirimlə kitabları necə əldə edə bilərəm?
- Endirimlə kitabları sadəcə mağazadan gəlib ala bilərsiniz, çatdırılmalara endirimlər şamil olunmur.
- Orijinal məhsul.
- Poçt sifarişləri 2-4 gün ərzində əldə edə bilərsiniz.
- Metroya olan sifarişlər: məsafədən asılı olaraq 5-30 dəqiqəyə çatdırılır.
- Ünvanlara: Sifariş edilən gün ərzində əldə etmək mümkündür.