Bu kitabı bizim mağazadan 1.2 AZN endirimlə alacaqsınız.
Əgər siz tələbəsinizsə bu kitabı 1.8 AZN endirimlə ala bilərsiniz.
Yazar: Jose SaramagoHadisələr anonim bir ölkənin naməlum şəhərində baş verir. İnsanların kim olması vacib deyil. Bir gün avtomobili ilə işıqforda dayanan adı açıqlanmayan bir adam yaşıl işığın yanmasını gözləyərkən birdən kor olur. Ancaq bu adi korluq deyil. Çünki gözləri qaranlığa deyil, aydınlığa yəni ağa bürünür. Nə edəcəyinə təəccüblənən adam birbaşa xəstəxanaya gedir. Korluq təəssüf ki, yoluxucu olur. Onu müayinə edən həkim də bundan öz payını alır. Sonra bu xəstəlik bütün şəhəri öz təsiri altına almağa başlayır. Digər tərəfdən, hökumət kor olanları həbsxana kimi yerdə karantinə alır.
Nəşr edildikdən sonra Avropada böyük ajiotaj yaradan əsərin arxa fonunda çox böyük ictimai-siyasi-mədəni tənqid dayanır. Təkcə ədəbi yaradıcılığı ilə deyil, siyasi fəaliyyəti ilə də seçilən, həyatının sonuna qədər kommunizmə, sol ideyalara sadiq qalan portuqal yazıçının bu romanı yeni dövrə, kapitalizmə və onun gətirdiyi naqisliklərə qarşı yazılmış ən möhtəşəm əsərlərdən biri sayılır. Amma ədəbi əsəri təkcə hansısa ideologiyanın çərçivələrində şərh eləmək də düzgün olmazdı.
Dahiyanə «Korluq» romanını oxuyan istənilən dünyagörüşə sahib oxucu orada özü üçün faydalı, öz dünyasının qaranlıq bucaqlarına işıq salan fikirlərlə qarşılaşacaq. Bu roman müasir ədəbiyyatın şedevrlərindən biri sayılır.
Poçtla göndərilmə: Məhsulun saytdakı qiyməti + Poçt haqqı
Poçt haqqı: 1 kitab 2 azn, Əlavə hər kitab üçün 0.5 azn
Endirimlə kitabları necə əldə edə bilərəm?
- Endirimlə kitabları sadəcə mağazadan gəlib ala bilərsiniz, çatdırılmalara endirimlər şamil olunmur.
- Orijinal məhsul.
- Poçt sifarişləri 2-4 gün ərzində əldə edə bilərsiniz.
- Metroya olan sifarişlər: məsafədən asılı olaraq 5-30 dəqiqəyə çatdırılır.
- Ünvanlara: Sifariş edilən gün ərzində əldə etmək mümkündür.