+994 70 200 71 33 novellakitabevi@gmail.com

Kosmos


Bu kitabı bizim mağazadan 1.55 AZN endirimlə alacaqsınız.

Əgər siz tələbəsinizsə bu kitabı 2.3 AZN endirimlə ala bilərsiniz.

Yazar: Karl Saqan
Janr: Araşdırma, Astronomiya, Bestseller, Elmi-Kütləvi
Nəşr: Azərbaycanca
Nəşriyyat: Qanun Nəşriyyat
Səhifə sayı: 544
Cild tipi: Yumşaq
Arxa qiyməti: 15.4 AZN
Satış qiyməti: 13.85 AZN
Tələbələr üçün: 13.1 AZN

Məşhur amerikan astrofiziki Carl Saganın kitabı Kainatın təkamülü, qalaktikaların formalaşması, həyat və şüurun meydana gəlməsindən bəhs edir. Müəllif qədim müdriklərin fikirlərindən, Kepler, Newton və Einstein-nın kəşflərindən, müasir kosmik missiyalara qədər Kainatın dərkinə aparan yolda oxucuya bələdçilik edir.
Elmin bütün cəmiyyətlərdə yayılması, astronomiya, astrobiologiya və astrofizika kimi mövzularda ümumi bir dünyagörüşün formalaşması məqsədilə yazılmış bu kitab eyni zamanda kosmos və astronomiyaya dair biliklərdən bəhs edərkən, bəşəriyyətin tarix boyunca Kainat haqqındakı qavrayışlarına da yer verir. Müəllif kitabda klassik Yunan düşüncəsindən bu günə qədər insanın Kainata dair yanlış və doğru fikirləri üzərində elmi müzakirə açaraq, kosmosun gələcəyi haqqında öz fərziyyələrini də irəli sürür. Kitab sadəcə elmi cəhətdən deyil, fəlsəfi olaraq da Kainat ilə İnsanın əlaqəsini araşdırır.
Yerdənkənar sivilizasiyaların varlığına inanan Sagan, Drake tənliyi kimi formulların və Qiyamət fərziyyəsinin Kainatda başqa varlıqlar olduğunu riyazi olaraq təsdiq etdiyini, ancaq bəşər övladının buna dair aşkar dəlillər əldə etməsinin bir az uzun sürəcəyini deyir. Sagan Kainatda tənha olmadığımızı düşünərək, kosmik dünyaların varlığına dair öz fərziyyələrini irəli sürür.
Elmi və tarixi məlumatlarla zəngin olan, maraqlı bir dildə yazılmış bu kitab sizi Yerdəki gündəlik qayğılardan ayırıb, sirlərlə dolu Kainata aparır.

Poçtla göndərilmə: Məhsulun saytdakı qiyməti + Poçt haqqı

Poçt haqqı: 1 kitab 2 azn, Əlavə hər kitab üçün 0.5 azn

Endirimlə kitabları necə əldə edə bilərəm?

- Endirimlə kitabları sadəcə mağazadan gəlib ala bilərsiniz, çatdırılmalara endirimlər şamil olunmur.

- Orijinal məhsul.

- Poçt sifarişləri 2-4 gün ərzində əldə edə bilərsiniz.

- Metroya olan sifarişlər: məsafədən asılı olaraq 5-30 dəqiqəyə çatdırılır.

- Ünvanlara: Sifariş edilən gün ərzində əldə etmək mümkündür.

Bu bölmə hazırlanma mərhələsindədir...
Bu sayt "Jest Group" tərəfindən hazırlanmışdır.