Bu kitabı bizim mağazadan 1.3 AZN endirimlə alacaqsınız.
Əgər siz tələbəsinizsə bu kitabı 1.95 AZN endirimlə ala bilərsiniz.
Yazar: Filip Le RoyBeyrutda avtomobil qəzasında həlak olmuş valideynlərinin dəfninə gələn Simon ağlına da gətirməzdi ki, onun taleyi uşaqlıqdan İslam dininin müqəddəs kitabı olan Quranla, daha doğrusu, Quranın yaranması ilə bağlı olub. İndiyədək nə İslam dini, nə də Quran haqda heç bir təsəvvürü olmayan 32 yaşlı bu gənc çox keçmir ki, özünün də xəbəri olmadan qorxunc bir dini intriqanın mərkəzinə düşür. Həyatını xilas etmək üçün məcbur qalıb “təsadüfən” tanış olduğu gənc bir qadınla Quranın indiyədək nədənsə hamıdan gizlədilmiş əlyazmalarının axtarışına çıxan Simon tezliklə radikal islamçıların, eləcə də radikal xristian sektasının hədəfinə çevrilir. Hadisələri Beyrutda, Parisdə,Londonda, Yerusəlimdə, Berlində, Məkkədə, Mədinədə, Dəməşqdə, habelə Suriyanın, Fransanın və Almaniyanın bir çox şəhərlərində cərəyan edən bu triller oxucuya nəfəs dərməyə belə imkan vermir. Roman Quranın yaranmasına dair tarixi faktlara əsaslansa da,hər şeydən əvvəl bədii əsərdir.Realizmlə sürrealizm, tarixi sənədlərlə fantaziya, fanatizmlə tolerantlıq, möhvumatla elm burada bir-birinə qarışıb.
Poçtla göndərilmə: Məhsulun saytdakı qiyməti + Poçt haqqı
Poçt haqqı: 1 kitab 2 azn, Əlavə hər kitab üçün 0.5 azn
Endirimlə kitabları necə əldə edə bilərəm?
- Endirimlə kitabları sadəcə mağazadan gəlib ala bilərsiniz, çatdırılmalara endirimlər şamil olunmur.
- Orijinal məhsul.
- Poçt sifarişləri 2-4 gün ərzində əldə edə bilərsiniz.
- Metroya olan sifarişlər: məsafədən asılı olaraq 5-30 dəqiqəyə çatdırılır.
- Ünvanlara: Sifariş edilən gün ərzində əldə etmək mümkündür.