Bu kitabı bizim mağazadan 1.2 AZN endirimlə alacaqsınız.
Əgər siz tələbəsinizsə bu kitabı 1.8 AZN endirimlə ala bilərsiniz.
Yazar: Dmitry Glukhovskyİl 2033. Nüvə müharibələrindən sonra xarabalığa çevrilmiş dünyada insan soyu az qala tükənib, radiasiya səbəbindən şəhərlər yaşanması mümkün olmayan hala gəlib. Xarabalıqlar arasında isə dəhşətli mutant varlıqlar dolaşır.
Fəlakətdən xilas olan bir neçə min insan isə yerin altına, dünyanın ən böyük nüvə sığınacağı olan Moskva metrosuna pənah aparır. Bura bəşər övladının son qalasına çevrilir.
Yer altındakı insanlar üçün ən böyük təhlükə qaralardır. Onlar radiasiya şüalanmasından sonra Yer üzündə yeni bir canlı növü olaraq ortaya çıxıblar və vaxtaşırı yer altına hücum çəkərək, metroya sığınan insanları məhv edirlər.
Metroda stansiyalar kiçik dövlətlərə bölünüb. İdeologiyalar, dinlər, müxtəlif yaşama səbəblərinə görə bir araya gələn xalqlar formalaşıb. Duyğular öz yerini şübhələrə verib. Burada ancaq bir məqsəd var: nəyin bahasına olursa olsun, həyatda qalmaq.
Gənc Artyom tapşırıq alır ki, yaxınlaşan təhlükə barədə Moskva Metropoliteninin ürəyi sayılan “Polis” şəhərciyinə məlumat aparsın. Artıq metronun taleyi, bəlkə də bütün bəşəriyyətin taleyi Artyomun əlindədir…
Moskva metrosundakı sirri kəşf etməyə hazırsınızmı?
Poçtla göndərilmə: Məhsulun saytdakı qiyməti + Poçt haqqı
Poçt haqqı: 1 kitab 2 azn, Əlavə hər kitab üçün 0.5 azn
Endirimlə kitabları necə əldə edə bilərəm?
- Endirimlə kitabları sadəcə mağazadan gəlib ala bilərsiniz, çatdırılmalara endirimlər şamil olunmur.
- Orijinal məhsul.
- Poçt sifarişləri 2-4 gün ərzində əldə edə bilərsiniz.
- Metroya olan sifarişlər: məsafədən asılı olaraq 5-30 dəqiqəyə çatdırılır.
- Ünvanlara: Sifariş edilən gün ərzində əldə etmək mümkündür.