Bu kitabı bizim mağazadan 1 AZN endirimlə alacaqsınız.
Əgər siz tələbəsinizsə bu kitabı 1.5 AZN endirimlə ala bilərsiniz.
Yazar: William Golding“Milçəklər Tanrısı” günümüzdə bir atom müharibəsi zamanı kimsəsiz adaya düşən bir qrup məktəbli uşağın gəldikləri dünyanın adət və ənənələrindən uzaqlaşaraq, insan yaradılışının təməlindəki qorxunc gerçəyi ortaya qoymalarını dilə gətirir. Mövzusu R.M.Ballantinenin “Mərcan Adası” kimi kimsəsiz bir Mərcan adasının cənnətini təcəssüm etdirən mühitdə başlayan bu roman, çağdaş cəmiyyətlərdəki çöküntünün, insan yaradılışındakı köklərini göz önünə gətirmək məqsədilə “Mərcan Adası”ndakı hadisələrdən də fərqli süjet xəttinə malikdir. İnsan ürəyinin dərinliyində yerləşən qaranlığı deşərkən “Milçəklər Tanrısı” daha çox Conradın qısa romanı “Qaranlığın Ürəyi”ni andırır. Qoldinqin romanındakı uşaqlar da başlanğıcda eynilə Kurt kimi, toplumun təzyiqindən uzaq bir örnək sistem qurmaq istəyərkən, get-gedə heyvanlaşır, qorxunc bir xarakterə sahib insana çevrilirlər. Bu hissədən sonra “Milçəklər Tanrısı” əsərinin süjet xətti yuxarıda sadaladığımız əsərlərdən kəskin şəkildə fərqlənərək daha da axıcı olur. Qoldinq bu əsəri ilə kimsəsiz adadakı yaşayışın çətinliklərini, kədərini və ya xoşbəxtliyini anmağı deyil, daha çox, insanlığın düşdüyü mühiti, fərdlər arasındakı mübahisələrin hansı nəticələrə gətirib çıxartdığını göstərməyə çalışır.
Poçtla göndərilmə: Məhsulun saytdakı qiyməti + Poçt haqqı
Poçt haqqı: 1 kitab 2 azn, Əlavə hər kitab üçün 0.5 azn
Endirimlə kitabları necə əldə edə bilərəm?
- Endirimlə kitabları sadəcə mağazadan gəlib ala bilərsiniz, çatdırılmalara endirimlər şamil olunmur.
- Orijinal məhsul.
- Poçt sifarişləri 2-4 gün ərzində əldə edə bilərsiniz.
- Metroya olan sifarişlər: məsafədən asılı olaraq 5-30 dəqiqəyə çatdırılır.
- Ünvanlara: Sifariş edilən gün ərzində əldə etmək mümkündür.