Bu kitabı bizim mağazadan 0.7 AZN endirimlə alacaqsınız.
Əgər siz tələbəsinizsə bu kitabı 1 AZN endirimlə ala bilərsiniz.
Janr: Azərbaycan Ədəbiyyatı, Lətifə, Satira, YumorMolla Nəsrəddin müxtəlif ləhcələrdə danışan və bir-birindən minlərlə kilometr uzaqlarda yaşayan türklərin hamısı üçün doğma, başqa sözlə, özününküdür. Belə ki, Anadoluda məhəbbətlə onu Nəsrəddin Xoca, Azərbaycanda Molla Nəsrəddin, Orta Asiyada – Türküstanda Xoca Nəsrəddin adlandırırlar. O, elə əfsanəviləşib ki, özbək onun Özbəkistanda, qazax Qazaxıstanda, tatar Tatarıstanda, türkmən Türkmənistanda, azərbaycanlılar Azərbaycanda anadan olduğunu güman edir. Əslində Molla Nəsrəddin həm azərbaycanlı, həm özbəkistanlı, həm anadolulu, həm tatarıstanlıdır. Yəni harada türk yaşayırsa o da oralıdır. Nə qədər adı mifik bir şəxs kimi çəkilsə də, o, güldürərkən düşündürən və türk mədəniyyətinin tarixinə adını əbədi həkk etdirən bir şəxsiyyətdir. Onun dodaq qaçıran hər lətifəsində dərin bir məntiq var.
Poçtla göndərilmə: Məhsulun saytdakı qiyməti + Poçt haqqı
Poçt haqqı: 1 kitab 2 azn, Əlavə hər kitab üçün 0.5 azn
Endirimlə kitabları necə əldə edə bilərəm?
- Endirimlə kitabları sadəcə mağazadan gəlib ala bilərsiniz, çatdırılmalara endirimlər şamil olunmur.
- Orijinal məhsul.
- Poçt sifarişləri 2-4 gün ərzində əldə edə bilərsiniz.
- Metroya olan sifarişlər: məsafədən asılı olaraq 5-30 dəqiqəyə çatdırılır.
- Ünvanlara: Sifariş edilən gün ərzində əldə etmək mümkündür.