+994 70 200 71 33 novellakitabevi@gmail.com

Oğurluğun əvvəli, o da ay işığında


Bu kitabı bizim mağazadan 0.8 AZN endirimlə alacaqsınız.

Əgər siz tələbəsinizsə bu kitabı 1.21 AZN endirimlə ala bilərsiniz.

Yazar: Pərvin Nəsirsoy
Janr: Azərbaycan Ədəbiyyatı, Bədii ədəbiyyat, Dram, Roman
Nəşr: Azərbaycanca
Nəşriyyat: Parlaq İmzalar
Səhifə sayı: 208
Cild tipi: Yumşaq
Arxa qiyməti: 8 AZN
Satış qiyməti: 7.2 AZN
Tələbələr üçün: 6.79 AZN

“Oğurluğun əvvəli, o da ay işığında” romanının süjet xətti ötən əsrdən başlayan və günümüzə qədər davam edən bir dövrü əhatə edir. Əsərdə obrazların faciəvi həyatları, içki və narkotik asılılığı, qadına şiddət, psixotravmalı övladlar, sosial ədalətsizlik, gənclərin məhv olmuş arzuları, haqq və ədalət uğrunda mübarizə kimi müxtəlif hadisələr canlandırılıb.
Tanrı varmı? Müasir elmi kəşflər, doğrudan da, Tanrı üçün “boş bir sahə” saxlamayıbmı? Bu barədə qeyd edilənlər həqiqətdirmi, yoxsa sadəcə spekulyasiya və iddiadan ibarətdir? Romanda həm də bu suallar ətrafında obrazların zəngin müzakirələri yer alıb.
Bütün bunlara baxmayaraq, roman daha çox Lamiyə və Yusifin timsalında saf, səmimi və təmiz məhəbbəti tərənnüm edən bir əsər kimi xarakterikdir. Bəs saf və həqiqi məhəbbət mövcuddurmu? Çətinliklərin öhdəsindən gəlmək üçün sevgi kifayət edirmi? Reallıqla romantika nə qədər uzlaşır? Həyatımıza “toxunan” hadisələr bizdən kənardamı hazırlanır? Yoxsa bu bizim seçimlərin zəruri nəticələridir? Əsərdə bütün bu suallar və onların cavabları həm də obrazların ta leyinə birbaşa təsir göstərən amillər kimi qarşımıza çıxır.

Poçtla göndərilmə: Məhsulun saytdakı qiyməti + Poçt haqqı

Poçt haqqı: 1 kitab 2 azn, Əlavə hər kitab üçün 0.5 azn

Endirimlə kitabları necə əldə edə bilərəm?

- Endirimlə kitabları sadəcə mağazadan gəlib ala bilərsiniz, çatdırılmalara endirimlər şamil olunmur.

- Orijinal məhsul.

- Poçt sifarişləri 2-4 gün ərzində əldə edə bilərsiniz.

- Metroya olan sifarişlər: məsafədən asılı olaraq 5-30 dəqiqəyə çatdırılır.

- Ünvanlara: Sifariş edilən gün ərzində əldə etmək mümkündür.

Bu bölmə hazırlanma mərhələsindədir...
Bu sayt "Jest Group" tərəfindən hazırlanmışdır.