Bu kitabı bizim mağazadan 1.21 AZN endirimlə alacaqsınız.
Əgər siz tələbəsinizsə bu kitabı 1.8 AZN endirimlə ala bilərsiniz.
Yazar: Əli ŞəriətiƏli Şəriəti intellektual fəaliyyəti boyunca iki qrup insana qarşı mübarizə aparırdı: dardüşüncəli dindar və təqlidçi ziyalılar. Bu kitabda Şəriəti, əsasən, ikinci qrupdan söhbət açır; o hesab edir ki, şərq cəmiyyətlərini iflic edən, onları inkişafdan saxlayan əsas faktorlardan biri məhz təqlidçilikdir.
Şəriəti kitab boyu şərq-müsəlman ziyalısının necə metamorfoza uğradığını, öz mədəni kökündən necə qopduğunu, qoparıldığını analiz edir. Ürək ağrısı ilə zəngin şərq və İslam mədəniyyətinə sahib bu ziyalıların heç bir ictimai xəstəliyə şəfa vermədiyini və qərbin təqlidçisi olan bir “aydın”a çevrildiyini qeyd edir. Bu baxımdan Şəriəti ziyalılıqla intellektuallığı fərqləndirir; ziyalı kimi təqdim olunan şəxslərin, əslində, quru intellektualdan başqa bir şey olmadığını vurğulayır. Ziyalının isə cəmiyyətin xilaskarı, yolgöstərəni, bir mənada peyğəmbəri olmalı olduğunu deyir.
Şəriəti şərq, müsəlman cəmiyyətinin gətirildiyi bu vəziyyəti istismar sözü ilə deyil, özünün yaratdığı bir sözlə ifadə edir, həm də mövcud xəstəliyin kəskin diaqnozunu qoyur: istihmar – eşşəkləşdirmə.
Poçtla göndərilmə: Məhsulun saytdakı qiyməti + Poçt haqqı
Poçt haqqı: 1 kitab 2 azn, Əlavə hər kitab üçün 0.5 azn
Endirimlə kitabları necə əldə edə bilərəm?
- Endirimlə kitabları sadəcə mağazadan gəlib ala bilərsiniz, çatdırılmalara endirimlər şamil olunmur.
- Orijinal məhsul.
- Poçt sifarişləri 2-4 gün ərzində əldə edə bilərsiniz.
- Metroya olan sifarişlər: məsafədən asılı olaraq 5-30 dəqiqəyə çatdırılır.
- Ünvanlara: Sifariş edilən gün ərzində əldə etmək mümkündür.