Bu kitabı bizim mağazadan 0.85 AZN endirimlə alacaqsınız.
Əgər siz tələbəsinizsə bu kitabı 1.3 AZN endirimlə ala bilərsiniz.
Yazar: Elxan ElatlıBu kəndin dincliyi məktəb direktorunun meşəbəyi işləyən gənc oğlunun müəmmalı şəkildə yoxa çıxması ilə pozulur. Rayonun hüquq-mühafizə orqanları Ərşad adlı bu gəncin axtarışına başlayırlar. Onun meyiti və ayağından güllə ilə vurulmuş yaralı iti heç kimin çıxmağa cürət etmədiyi “Qartal zirvəsi” deyilən yerdə tapılır. Araşdırmaların gedişində isə daha dəhşətli faktlar üzə çıxır. Məlum olur ki, 22 yaşlı meşəbəyi kənd camaatının 73 ildən bəri axtardığı və müqəddəs saydığı bir qəbri – Qaçaq Mustafanın haqqında əfsanələr dolaşan sirli məzarını tapıbmış. Bu sirri ondan başqa da kimsə bilib. Meşəbəyi öldürüləndən sonra baş verən daha bir qətl isə artıq hamını vahiməyə salır. Bu dəfə rayon polis şöbəsi cinayət-axtarış bölməsi rəisinin yeganə oğlu öldürülür. Bu ərköyün gəncin meyitini zibilliyə atırlar. Bəs qatil, yaxud qatillər kimdir? Bakıdan həmin rayona qonaq getmiş iki gənc detektiv qətllərin izinə düşür. Bu izlər onları eyni bir adama doğru və eyni ünvana aparır. Həmin adam oğlu öldürülən polis zabitinin əlaltısı, ünvan isə Qaçaq Mustafanın xeyli qızıl basdırılmış məzarıdır…
Poçtla göndərilmə: Məhsulun saytdakı qiyməti + Poçt haqqı
Poçt haqqı: 1 kitab 2 azn, Əlavə hər kitab üçün 0.5 azn
Endirimlə kitabları necə əldə edə bilərəm?
- Endirimlə kitabları sadəcə mağazadan gəlib ala bilərsiniz, çatdırılmalara endirimlər şamil olunmur.
- Orijinal məhsul.
- Poçt sifarişləri 2-4 gün ərzində əldə edə bilərsiniz.
- Metroya olan sifarişlər: məsafədən asılı olaraq 5-30 dəqiqəyə çatdırılır.
- Ünvanlara: Sifariş edilən gün ərzində əldə etmək mümkündür.