+994 70 200 71 33 novellakitabevi@gmail.com

Qumarbaz


Bu kitabı bizim mağazadan 0.8 AZN endirimlə alacaqsınız.

Əgər siz tələbəsinizsə bu kitabı 1.2 AZN endirimlə ala bilərsiniz.

Yazar: Fyodor Dostoyevski
Janr: Bestseller, Bədii ədəbiyyat, Klassiklər, Psixoloji, Roman
Nəşr: Azərbaycanca
Nəşriyyat: Qanun Nəşriyyat
Səhifə sayı: 175
Cild tipi: Yumşaq
Arxa qiyməti: 8 AZN
Satış qiyməti: 7.2 AZN
Tələbələr üçün: 6.8 AZN

Roman çıxılmazlıq duyğusundan qurtulmağa can atan qəhrəmanın məhrəm yaşantılarını oxuculara ustalıqla çatdırır. Dostoyevski özü bu əsər haqda məktublarının birində yazır: “… Başlıca məsələ ondadır ki, onun bütün həyat cövhəri, qüvvəsi, dəlisovluğu, cəsarəti ruletkaya sərf olundu. O qumarbazdır. Bununla belə Puşkinin xəsis cəngavəri, sadəcə, xəsis olmadığı kimi o da adi qumarbaz deyil. O, özünəxas şairdir, amma iş burasındadır ki, öz poeziyasından özü utanır, ona görə ki, risk ehtiyacı onu öz gözlərində nəcibləşdirsə də, bu poeziyanın rəzilliyini dərindən hiss eləyir…” Bütün hekayət ondan ibarətdir ki, o, üçüncü ildir ki, qumarxanalarda ruletka oynayır…”
Qumarbaz Fyodor Dostoyevskinin gənclik illərini, dramatik eşq və qumar ehtirasını ən çılpaq halı ilə qələmə aldığı əsərlərindən biridir. İlk böyük romanı olan və geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanan “Cinayət və cəza”dan sonra nəşriyyat ilə imzaladığı müqaviləyə əsasən yazıçı bu romanı vaxtında yazıb bitirə bilmək üçün stenoqraf tutmaq məcburiyyətində qalmışdır (“Qumarbaz” romanını 25 gün içərisində təhvil verməyəcəyi təqdirdə o, sonra yazacağı romanlara görə hər hansısa qonorar tələb edə bilməyəcəkdi). Sonralar F.Dostoyevski özündən xeyli gənc olan bu stenoqraf xanımla – Anna Qriqoryevna ilə evlənmişdir. Roman 25 gündə tamamlanmışdır.

Poçtla göndərilmə: Məhsulun saytdakı qiyməti + Poçt haqqı

Poçt haqqı: 1 kitab 2 azn, Əlavə hər kitab üçün 0.5 azn

Endirimlə kitabları necə əldə edə bilərəm?

- Endirimlə kitabları sadəcə mağazadan gəlib ala bilərsiniz, çatdırılmalara endirimlər şamil olunmur.

- Orijinal məhsul.

- Poçt sifarişləri 2-4 gün ərzində əldə edə bilərsiniz.

- Metroya olan sifarişlər: məsafədən asılı olaraq 5-30 dəqiqəyə çatdırılır.

- Ünvanlara: Sifariş edilən gün ərzində əldə etmək mümkündür.

Bu bölmə hazırlanma mərhələsindədir...
Bu sayt "Jest Group" tərəfindən hazırlanmışdır.