Bu kitabı bizim mağazadan 0.48 AZN endirimlə alacaqsınız.
Əgər siz tələbəsinizsə bu kitabı 0.7 AZN endirimlə ala bilərsiniz.
Yazar: Edqar Lourens DoktorouBir çox nüfuzlu mükafatların – ABŞ Milli Ədəbiyyat Mükafatı (1986), “Faulkner” Mükafatı (1989), “William Dean Howells” Medalı (1990) sahibi amerikalı yazıçısı Edqar Lorens Doktorou 1931-ci ildə Bronksda (Nyu-York) yəhudi immiqrant ailəsində doğulmuşdur.
Dünya şöhrətli yazıçının “Reqtaym” (“Ragtime”), “Danielin kitabı” (“The book of Daniel”), “Ümumdünya sərgisi” (“World’s Fair”), “Şairlərin həyatı” (“Lives of the Poets”) və başqa əsərləri dünyanın bir çox dillərinə tərcümə edilmişdir.
Ayrı-ayrı zamanlarda Amerika kino və televiziya kompaniyası olan “Columbia Pictures”də ssenari şöbəsində, “Yeni Amerika Kitabxanası”nda və “Dial Press” nəşriyyatında baş redaktor vəzifələrində işləmişdir. 1969-cu ildən sonra isə özünü bütövlüklə yaradıcılığa həsr edən Doktorou ara-sıra bəzi ali məktəblərdə mühazirələr oxumaqdan da vaz keçmədi.
Doktorounun romanlarından üçü ekranlaşdırılmışdır (o cümlədən “Danielin kitabı”). Ən məşhur romanı isə “Reqtaym”dır.
Yazıçı 2015-ci ildə 84 yaşında ağciyər xərçəngindən dünyasını dəyişmişdir.
Poçtla göndərilmə: Məhsulun saytdakı qiyməti + Poçt haqqı
Poçt haqqı: 1 kitab 2 azn, Əlavə hər kitab üçün 0.5 azn
Endirimlə kitabları necə əldə edə bilərəm?
- Endirimlə kitabları sadəcə mağazadan gəlib ala bilərsiniz, çatdırılmalara endirimlər şamil olunmur.
- Orijinal məhsul.
- Poçt sifarişləri 2-4 gün ərzində əldə edə bilərsiniz.
- Metroya olan sifarişlər: məsafədən asılı olaraq 5-30 dəqiqəyə çatdırılır.
- Ünvanlara: Sifariş edilən gün ərzində əldə etmək mümkündür.