Bu kitabı bizim mağazadan 1.5 AZN endirimlə alacaqsınız.
Əgər siz tələbəsinizsə bu kitabı 2.21 AZN endirimlə ala bilərsiniz.
Yazar: Jules VerneJül Vernin yaradıcılığında “Sirli ada” romanı xüsusi yer tutur. “Sirli ada” əsəri hava şarı ilə əsirlikdən qaçmış mühəndis Sayrus Smit və onun dörd yoldaşının qəza nəticəsində kimsəsiz adaya düşmələrindən və oradakı macəralarından bəhs edir. Yazıçının kolonistlər adlandırdığı bu insanlar adadakı həyatlarından razıdırlar. Bu azad insanlar (azad yaşamağa layiq insanlar) Riçmondda quldarların əhatəsində qalmaqdansa, adada yaşamağı üstün tuturlar. Bu isə Amerikada vətəndaş müharibəsinin böyük dəhşətlərindən xəbər verirdi.
Yazıçı “Sirli ada” sakinlərinin ayrı-ayrı xüsusiyyətlərini qeyd etsə də, bütövlükdə onları mərdlik, mübarizlik, gözütoxluq, ən əsası isə etibarlılıq birləşdirir. Kolonistlər, onlara çoxlu yaxşılıqlar etmiş, dəfələrlə onları böyük təhlükələrdən qoruyan sirli adamı tapıb ona təşəkkür etmək üçün heç bir fədakarlıqdan çəkinmir, onu tapmaq üçün adanı ələk-vələk edirlər.
Poçtla göndərilmə: Məhsulun saytdakı qiyməti + Poçt haqqı
Poçt haqqı: 1 kitab 2 azn, Əlavə hər kitab üçün 0.5 azn
Endirimlə kitabları necə əldə edə bilərəm?
- Endirimlə kitabları sadəcə mağazadan gəlib ala bilərsiniz, çatdırılmalara endirimlər şamil olunmur.
- Orijinal məhsul.
- Poçt sifarişləri 2-4 gün ərzində əldə edə bilərsiniz.
- Metroya olan sifarişlər: məsafədən asılı olaraq 5-30 dəqiqəyə çatdırılır.
- Ünvanlara: Sifariş edilən gün ərzində əldə etmək mümkündür.