Bu kitabı bizim mağazadan 0.31 AZN endirimlə alacaqsınız.
Əgər siz tələbəsinizsə bu kitabı 0.45 AZN endirimlə ala bilərsiniz.
Yazar: Salam QədirzadəSalam Qədirzadə əsərləri gənclər arasında ən çox oxunan müəlliflərdən biridir. Onun “Sevdasız aylar” romanı yüksək tirajla dərc olunan kitablar sırasındadır. “Şlyapalı Mauqli” adlı bu kitaba isə, yazıçının “Ər-arvad təhlükəsizliyi ongünlüyü”, “Bığ”, “Evlənəndə tələsməyin”, “Göz-bağlıca”, “Telefon” kimi hekayələri daxil edilib. Onları oxuduqdan sonra romantik ruhlu bu müəllifi həm də gözəl yumor ustası kimi kəşf edəcəksiniz. Qarışmış telefon xətti vasitəsilə maraqlı xəbərlər toplayıb ərinə danışan və bu işə aludə olduğu üçün telefon ustasına rüşvət verib geri qaytaran Şəfiqə də, nadanlığı ucbatından qonşusu tərəfindən ələ salınaraq “Şlyapalı Mauqli” adlandırılan Canəli müəllim də, arvadının qorxusundan bığını qırxan ustadan şikayət edən Əzim də öz baməzə xarakterləri və düşdükləri gözlənilməz əhvalatlarla marağınıza səbəb olacaq.
Poçtla göndərilmə: Məhsulun saytdakı qiyməti + Poçt haqqı
Poçt haqqı: 1 kitab 2 azn, Əlavə hər kitab üçün 0.5 azn
Endirimlə kitabları necə əldə edə bilərəm?
- Endirimlə kitabları sadəcə mağazadan gəlib ala bilərsiniz, çatdırılmalara endirimlər şamil olunmur.
- Orijinal məhsul.
- Poçt sifarişləri 2-4 gün ərzində əldə edə bilərsiniz.
- Metroya olan sifarişlər: məsafədən asılı olaraq 5-30 dəqiqəyə çatdırılır.
- Ünvanlara: Sifariş edilən gün ərzində əldə etmək mümkündür.