Bu kitabı bizim mağazadan 0.6 AZN endirimlə alacaqsınız.
Əgər siz tələbəsinizsə bu kitabı 0.89 AZN endirimlə ala bilərsiniz.
Yazar: Alfred AdlerAlfred Adlerə görə sosial maraq doğuşdan hər bir insanda olur. İnsana aid olan hər xüsusiyyət kimi, sosial maraq da zaman keçdikcə inkişaf etdirilməlidir. Əsasən ətraf mühit (cəmiyyət) uşağın sosial marağını inkişaf etdirmək, öyrətmək və düzgün yönləndirmək məcburiyyətindədir. Yanlış tərbiyə sosial marağın inkişafına mane olur və bu da öz növbəsində müxtəlif növ neqativ davranışların, psixi pozuntuların yaranmasına səbəb olur. Bu səbəbdən Adler uşaqların təhsili ilə məşğul olan sahələrin inkişafına töhfə verən ən öncül psixoloqlardan biri kimi tarixə düşmüşdür. Kitabda Adler sosial hisslə yanaşı natamalıq kompleksi, üstünlük kompleksi, özünü təsdiq etmə kimi meyllərin işləmə mexanizmini göstərir. Ətraf mühitin fərdə təsirindən bəhs edir. Psixologiya elminin kütləviləşdirilməsi məqsədi ilə çap etdirdiyimiz bu kitab psixologiya fakültəsinin tələbələri, psixologiya sahəsində çalışanlarla yanaşı geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Poçtla göndərilmə: Məhsulun saytdakı qiyməti + Poçt haqqı
Poçt haqqı: 1 kitab 2 azn, Əlavə hər kitab üçün 0.5 azn
Endirimlə kitabları necə əldə edə bilərəm?
- Endirimlə kitabları sadəcə mağazadan gəlib ala bilərsiniz, çatdırılmalara endirimlər şamil olunmur.
- Orijinal məhsul.
- Poçt sifarişləri 2-4 gün ərzində əldə edə bilərsiniz.
- Metroya olan sifarişlər: məsafədən asılı olaraq 5-30 dəqiqəyə çatdırılır.
- Ünvanlara: Sifariş edilən gün ərzində əldə etmək mümkündür.