Bu kitabı bizim mağazadan 0.8 AZN endirimlə alacaqsınız.
Əgər siz tələbəsinizsə bu kitabı 1.21 AZN endirimlə ala bilərsiniz.
Yazar: Amin SükutBu əsəri uşaqlarmı, yoxsa böyüklərmi daha çox sevir? Qərar vermək çətindir; kitab uşaqları öyrədəcək, böyüklərə isə yön verəcək mesajlarla zəngindir.
Əsər Larpin diyarında yaşayan balaca tuflinlərdən bəhs edir; əzilərək yerin və qorxunun altında yaşayan tuflinlərdən. Günü-gündən düşmənləri onların sıralarını azaldır…
Susal və Oşan xilas yolunu başçı Norodan fərqli olaraq qaçmaqda, daha dərin qazıb “yerin dibi”ndə yaşamaqda görmür, mübarizə üçün yollar axtarmaq və düşməni məhv etmək üçün “üzə” çıxırlar. Düşmən axtarışı zamanı onlar daha əvvəl görmədiyi – müəllif tərəfindən heç də təsadüfi seçilməyən – heyvanlarla qarşılaşırlar. Məhz bu zaman həm əsərin qəhrəmanları, həm də oxucular əsl həyat dərsləri öyrənməyə başlayırlar; müəllif heyvanları çox məharətlə “danışdırır”, bir çox sosial-psixoloji və önəmli mövzulara toxunur.
Bir sözlə, müəllif əzmkarlıq, mübarizə, qorxmazlıq, cəsarət aşılayan bir əsər meydana çıxarıb.
Poçtla göndərilmə: Məhsulun saytdakı qiyməti + Poçt haqqı
Poçt haqqı: 1 kitab 2 azn, Əlavə hər kitab üçün 0.5 azn
Endirimlə kitabları necə əldə edə bilərəm?
- Endirimlə kitabları sadəcə mağazadan gəlib ala bilərsiniz, çatdırılmalara endirimlər şamil olunmur.
- Orijinal məhsul.
- Poçt sifarişləri 2-4 gün ərzində əldə edə bilərsiniz.
- Metroya olan sifarişlər: məsafədən asılı olaraq 5-30 dəqiqəyə çatdırılır.
- Ünvanlara: Sifariş edilən gün ərzində əldə etmək mümkündür.