Bu kitabı bizim mağazadan 1.51 AZN endirimlə alacaqsınız.
Əgər siz tələbəsinizsə bu kitabı 2.21 AZN endirimlə ala bilərsiniz.
Yazar: Roberto BolanyoLatın Amerikasının görkəmli yazıçılarından biri olan çilili Roberto Bolanyo XX əsrin son dövrünə möhürünü vurmuş və stereotipləri dağıtmış əsərləri ilə tanınır. Tənqidçilərin ən mühüm əsəri hesab etdikləri, avtobioqrafik səciyyəli “Vəhşi xəfiyyələr” romanında varlığı şübhə doğuran gizli ədəbi hərəkatdan qalma iki şairin ölkədən-ölkəyə, əsərdən-əsərə tragikomik macəralarından söz açılır. Roman bir tərəfdən dövrün şeir və ədəbi müzakirələrindən bəhs edir, digər tərəfdən isə ictimai münasibətləri təhlil edir. Bolanyo “Vəhşi xəfiyyələr”ə “öz nəslimə yazdığım sevgi məktubu” kimi tərif verir. “Bizim nəsil bütün gənclər kimi axmaq və səxavətli idi: əlimizdə olan hər şeyi verir, əvəzində isə heç nə gözləmirdik. İndi bizdən heç nə qalmayıb… Cəsədlərimiz Latın Amerikası torpağındadır”, – desə də əsəri ilə həmin şəxslərə yenidən həyat verir.
“Borxesin yazmaq istəyəcəyi bir kitab” kimi də xarakterizə olunan romandakı hadisələr sənətlə həyatı birləşdirən xəttin üzərində, vəhşicəsinə, sərt, dərin və ağrı-acı ilə güldürən bir dillə inkişaf edir.
Poçtla göndərilmə: Məhsulun saytdakı qiyməti + Poçt haqqı
Poçt haqqı: 1 kitab 2 azn, Əlavə hər kitab üçün 0.5 azn
Endirimlə kitabları necə əldə edə bilərəm?
- Endirimlə kitabları sadəcə mağazadan gəlib ala bilərsiniz, çatdırılmalara endirimlər şamil olunmur.
- Orijinal məhsul.
- Poçt sifarişləri 2-4 gün ərzində əldə edə bilərsiniz.
- Metroya olan sifarişlər: məsafədən asılı olaraq 5-30 dəqiqəyə çatdırılır.
- Ünvanlara: Sifariş edilən gün ərzində əldə etmək mümkündür.