Bu kitabı bizim mağazadan 1.39 AZN endirimlə alacaqsınız.
Əgər siz tələbəsinizsə bu kitabı 2.09 AZN endirimlə ala bilərsiniz.
Yazar: Sigmund Freud«Yuxuların yozumu» – böyük Avstriya alimi, psixoanaliz nəzəriyyəsinin banisi Ziqmund Freydin əsas əsərlərindən biridir. İsteriya problemlərilə məşğul olan alim yuxugörmələri də müşahidə etdiyi hadisələr sırasına daxil etmişdir. Onun nəzəriyyəsinə görə yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir. Yəni həyata keçməyən arzular çox zaman şüur sahəsindən çıxaraq qeyri-şüur sferasına keçir, orada qalaraq insanın davranışına təsirlərini davam etdirir. Şüura daxil olmaq istəyən sıxışdırılmış arzular şüuri təsəvvürlərlə mübarizəyə girərək, yuxugörmə, gündüz xəyalları və s. kimi hallarda onlara qalib gəlir. Ona görə də, yuxuları düzgün yozmaqla insanın qeyri-şüuri təəssüratları barədə mühakimə yürütmək olar…
Ziqmund Freydin bu məşhur kitabı dəfələrlə nəşr olunduğu üçün haqlı olaraq XX yüzilin ən məşhur bestsellerlərindən biri hesab olunur.
Poçtla göndərilmə: Məhsulun saytdakı qiyməti + Poçt haqqı
Poçt haqqı: 1 kitab 2 azn, Əlavə hər kitab üçün 0.5 azn
Endirimlə kitabları necə əldə edə bilərəm?
- Endirimlə kitabları sadəcə mağazadan gəlib ala bilərsiniz, çatdırılmalara endirimlər şamil olunmur.
- Orijinal məhsul.
- Poçt sifarişləri 2-4 gün ərzində əldə edə bilərsiniz.
- Metroya olan sifarişlər: məsafədən asılı olaraq 5-30 dəqiqəyə çatdırılır.
- Ünvanlara: Sifariş edilən gün ərzində əldə etmək mümkündür.