Bu kitabı bizim mağazadan 1.1 AZN endirimlə alacaqsınız.
Əgər siz tələbəsinizsə bu kitabı 1.65 AZN endirimlə ala bilərsiniz.
Yazar: Stephen HawkingStiven Uilyam Hokinq dünya şöhrətli nəzəriyyəçi-fizik və kosmoloq olmaqla yanaşı, elmin populyarlaşması üzrə görkəmli alimlərdən biri kimi tanınır. Hokinqin elmi çalışmalarının başlıca mövzusu dünyanın yaranışı, bu yaranışa səbəb olması güman edilən Böyük Partlayış və həmçinin, qara dəliklər adlanan fiziki hadisələrlə bağlıdır. Bununla yanaşı, Hokinqin elmi fəaliyyəti ümumi nisbilik nəzəriyyəsi ilə kvant mexanikasını bir araya gətirməklə, Kainat üçün vahid bir elmi nəzəriyyə yaratmaq istiqamətinə yönəlib. İlk dəfə 1988-ci ildə çap olunan, “Zamanın qısa tarixi” kitabı nəşr olunduğu gündən indiyədək 10 milyondan artıq tirajla çap edilib və bu gün də öz aktuallığını qoruyub saxlayaraq, elmi-kütləvi əsərlər sırasında seçilən bir bestsellerə çevrilib. Kitabın maraqlı cəhətlərindən biri – burada Eynşteynin məşhur E=mc2 tənliyindən başqa heç bir formuldan istifadə olunmayıb. Stiven Hokinqin özünün də qeyd etdiyi kimi o, bu kitabında mürəkkəb riyazi-fiziki hesablamalardan istifadə etməməklə, geniş oxucu çevrəsinin anlaya biləcəyi bir dildə, müasir elmin dünyanı dərk etmək yolunda keçdiyi mürəkkəb yolu və gəldiyi son nəticələri incələməyə çalışıb. xuyacağınız bu kitabın dünyagörüşünüzün zənginləşməsində və yaşadığımız Kainatın sirlərinə bələd olmağınızda yetərincə böyük təsiri olacağına inanırıq.
Poçtla göndərilmə: Məhsulun saytdakı qiyməti + Poçt haqqı
Poçt haqqı: 1 kitab 2 azn, Əlavə hər kitab üçün 0.5 azn
Endirimlə kitabları necə əldə edə bilərəm?
- Endirimlə kitabları sadəcə mağazadan gəlib ala bilərsiniz, çatdırılmalara endirimlər şamil olunmur.
- Orijinal məhsul.
- Poçt sifarişləri 2-4 gün ərzində əldə edə bilərsiniz.
- Metroya olan sifarişlər: məsafədən asılı olaraq 5-30 dəqiqəyə çatdırılır.
- Ünvanlara: Sifariş edilən gün ərzində əldə etmək mümkündür.